15 Sentyabr 2011 12:09
395
İQTİSADİYYAT
A- A+

Gədəbəydə kartof emalı fabriki tikilir

 

Bu barədə APA-ya Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə məlumat verib. O bildirib ki, fabrik yaxın vaxtlarda istifadəyə veriləcək: "Bu fabrikin tikintisi üçün Hollandiyadan ən müasir avadanlıqlar gətirilib və artıq quraşdırılır. Müəssisənin xüsusi kartof anbarı, yəni soyuducu anbar tikiləcək və onun tutumu 10 min ton  olacaq".

K.Rzazadə vurğulayıb ki, sözügedən fabrikdə 30 növədək fabrikat və yarimfabrikat buraxılacaq, müəssisədə 100-ə qədər fəhlə işləyəcək: "Bizdə kartof çox istehsal edilir, amma primitiv üsulla saxlandığından məhsulun çoxu xarab olur. Amma fabrik fəaliyyətə başlayandan sonra soyuducu kameralarda kartofun saxlama müddəti 2 il olacaq və Gədəbəy kartofunu istənilən vaxt bazara çıxarmaq mümkün olacaq" deyə K.Rzazadə bildirib.

Gədəbəy kartofunun bir marka olduğunu diqqətə çatdıran K.Rzazadə əsasən paytaxt bazarlarında bu adla satışa çıxarılan kartofun çox hallarda əslində başqa regionlara məxsus olduğunu vurğulayıb: "Gədəbəy bir çox ərzaq növü və qızılı ilə məşhurdur. Bizim rayonda bir dəfə kartofu, pendiri, balı, əti dadan insanlar mütləq növbəti dəfə də Gədəbəyə gəlirlər. Gədəbəy kartofunun adından sui-istifadə, sözsüz ki, yaxşı hal deyil. Amma bu bizim bazara elə də təsir etmir". RİH-in başçısı Gədəbəy kartofunun beynəlxalq bazara çıxarılması yönündə addımların atılacağını da açıqlayıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video