04:56 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

GDU tələbə yataqxana kompleksinin açılışı olmuşdur

ANA SƏHİFƏ / TƏHSIL
01:26 24.09.2021

 

Gəncə Dövlət Universitetində (GDU) tələbə yataqxana kompleksinin əsaslı təmirdən sonra açılışı olmuşdur. 1967-ci ildə istifadəyə verilən yataqxana kompleksində Birinci Qarabağ müharibəsi zamanı öz ata-baba yurdlarından didərgin düşmüş Kəlbəcər rayonundan olan 150 ailə məskunlaşmışdı. 2014-cü ildə onlar Gəncə şəhəri ətrafında salınan qəsəbəyə köçürüldükdən sonra 2018-ci ildə yataqxana kompleksinin təmir edilməsi üçün vəsait ayrılmışdır.

Yataqxana kompleksində 744 tələbə qala bilər. 4 qonaq otağının da olduğu kompleks yüksəksürətli internet, fasiləsiz elektrik enerjisi və daimi isti-soyuq su ilə təmin olunmuşdur. Kompleksdə 3 yaşayış binası, 400 tələbənin eyni anda istifadə edə biləcəyi yeməkxana, basketbol meydançası, fəvvarə, yaşıl zona və istirahət zonası mövcuddur. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar qovşaq, istirahət otağı, akt zalı var. Binaların birinci mərtəbəsində camaşırxana fəaliyyət göstərir. 95 təhlükəsizlik kamerasının quraşdırıldığı yataqxanada universitetin əsas kitabxanası da yerləşir.

Açılışda iştirak edən təhsil naziri Emin Əmrullayev GDU-nun rektoru Yusif Yusibovla birlikdə kompleksdə yaradılan şəraitlə tanış olmuşlar. Sonra təhsil naziri bu il yüksək balla universitetə qəbul olunan tələbələrlə görüşmüşdür.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM