G7 “Taliban”la işbirliyi üçün yol xəritəsini razılaşdırdı
G7 ölkələri “Taliban” hərəkatı tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra Əfqanıstanda vəziyyəti müzakirə etmək üçün təcili onlayn sammit keçirib. Əsas müzakirə mövzusu taliblərin statusu, təxliyə müddəti və qaçqınlarla bağlı olub. Bəs, əslində “Böyük yeddilik” təcili sammitdə nə əldə edə bilib?
Qeyd edək ki, G7-nin Əfqanıstandakı vəziyyətə dair planlaşdırılmamış onlayn sammiti Böyük Britaniyanın Baş naziri Boris Consonun təklifi ilə keçirilib. Danışıqlarda Avropa İttifaqının nümayəndəsi, BMT-nin və NATO-nun baş katibləri Antoniu Quterriş və Yens Stoltenberq də iştirak ediblər.
Sammit iştirakçıları Əfqanıstan hökuməti kimi “Taliban”ın tanınması məsələsini müzakirə etsələr də, nəticədə yalnız taliblərlə qarşılıqlı işbirliyi yaratmaq üçün yol xəritəsini razılaşdırıblar. İştirakçı ölkələrin yekun bəyanatında bildirilir ki, Əfqanıstan hökumətinin istənilən gələcək legitimliyi onun beynəlxalq öhdəliklərə yanaşmasından asılı olacaq.
Sammitin yekunlarından danışan B.Conson deyib ki, “G7 kimi irəli sürdüyümüz əsas şərt avqustun 31-dək və bu tarixdən sonra ölkədən gedənlər üçün taliblər tərəfindən təhlükəsiz hərəkətin təmin edilməsidir.” O, ümidvar olduğunu bildirib ki, Əfqanıstanda sülh yolu tapılacaq, xalq isə müdriklik nümayiş etdirəcək və ölkənin gələcək quruluşu barədə razılığa gəlinəcək. “The Guardian” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Co Bayden də təxminən analoji fikir səsləndirib: “Qərb ölkələrinin istədiyi qaydaları Əfqanıstana zorla qəbul etdirmək mümkün deyil”. Yens Stoltenberq isə vurğulayıb ki, alyans ölkələri terrorçu qrupların yenidən Əfqanıstandan kənara azad hərəkət edə bilməməsinə təminat verməlidir.
G7 sammitinin gündəliyində həmçinin Əfqanıstanda qalan vətəndaşların təxliyəsi, əfqanların dəstəklənməsi və son 20 ildə bu ölkədə, məsələn, qadın hüquqları sahəsində əldə edilmiş nailiyyətlərin qorunması məsələləri də yer alıb. Sadalanan məsələlər arasında isə ən kəskini vətəndaşların və son 20 ildə onlara kömək edən əfqanların təxliyə müddəti məsələsi olub. Amma sammit ərəfəsində verilən bəyanatlardan da görünürdü ki, tərəfdaşların bu məsələ ilə bağlı mövqeləri fərqlidir. Məsələn, bu məsələdə ABŞ qərarını dəyişmək niyyətində deyil. Almaniya Kansleri Angela Merkelin sözlərinə görə də, G7 ölkələri əvvəlcədən bildirilən müddətə - avqustun 31-dək təxliyəni başa çatdırmağı planlaşdırırlar. Lakin Boris Conson bu qərarın yenidən nəzərdən keçirilməsini istəyib. Bir müddət əvvəl bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian da fikir bildirib.
Rəsmi öhdəliklərin mümkün pozulması ehtimalına taliblər artıq reaksiya veriblər. “Taliban” nümayəndəsi Suxeyl Şahin Vaşinqtonu və onun müttəfiqlərini hədələyib. Bunun davamı olaraq ölkədən getmək istəyən yerli sakinlər artıq Kabil hava limanına buraxılmırlar. Taliblər həmçinin ABŞ-ın son əsgərinin Əfqanıstan ərazisini tərk etməyənədək hökuməti formalaşdırmayacaqlarını bildiriblər.
Bu arada, son məlumata görə, Bayden G7 ölkələri liderləri ilə danışıqlardan sonra Pentaqonun təklifi ilə təxliyə prosesinin müddətini uzatmayacağını bəyan edib. Avqustun 24-də Ağ Evdə bildiriblər ki, ABŞ və müttəfiqlərin Kabildən sutka ərzində 21 mindən artıq, iyulun sonundan bəri isə təxminən 64 min vətəndaşı təxlıyə olunub. Bununla belə, avqustun 19-da Bayden müsahibəsində demişdir ki, Əfqanıstanda təxliyəyə ehtiyacı olan 10-15 min amerikalı və ABŞ-ın da ölkədən çıxarmaq istədiyi daha 50-65 min əfqan var.
Məlum olduğu kimi, Avropa İttifaqı daxilində Əfqanıstandan qaçqınların qəbulu məsələsində də konsensus yoxdur. Lakin G7 ölkələri əfqanlara təcili humanitar yardım göstərməyə razılıq verib. Merkelin dediyinə görə, Berlin bu məqsədlər üçün əvvəlcə 100 milyon, sonra daha 500 milyon avro ayırmağa hazırdır. Bundan əvvəl Avropa İttifaqı Əfqanıstandan olan qaçqınlara yardımın həcmini nəzərdə tutulan 57 milyon avrodan 200 milyon avroya qədər artıracağını bəyan etmişdir.
Xatırladaq ki, əvvəlki G7 sammiti iyun ayında Böyük Britaniyanın Karbis-Bey kurort şəhərində keçirilmişdir. O vaxtdan vəziyyət xeyli dəyişib. Həmin sammitdə Əfqanıstan mövzusu, demək olar, müzakirə edilməmişdi, diqqət mərkəzində COVID-19 pandemiyasına qarşı mübarizə və Çinlə qarşıdurma olmuşdu.
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB ...
25 Aprel
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb ...
25 Aprel
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
25 Aprel
Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir
25 Aprel
İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatl...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!