26 Sentyabr 2021 14:53
602
CƏMİYYƏT
A- A+

Füzulidə “Əbədiyaşar şəhidlərimiz” adlı abidə açılıb

 

Füzulidə 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Növbəti dəfə Füzuli şəhidlərinin xatirəsinə inşa edilən “Əbədiyaşar şəhidlərimiz” adlı abidə kompleksinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidə kompleksinin açılışında rayon rəhbərliyi, şəhid ailələri, qazi və veteranlar iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Azərbaycan tarixinə şanlı hərflərlə yazılan 44 günük Zəfər yürüşündən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 30 illik Vətən həsrətinə 44 gün ərzində son qoyuldu. Müqəddəs amal uğrunda Azərbaycan xalqı və müzəffər Ordumuz dövlətimizin başçısının ətrafında vəhdət təşkil edərək düşmən üzərində parlaq Qələbəyə nail oldu. Qeyd edilib ki, şəhidlərimizin qanı bahasına azad edilən torpaqlar artıq əsl sahiblərindədir. Zəfər yürüşündə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əbədi olaraq qəlblərdə yaşayacağı və döyüşdə göstərdikləri böyük şücaətlərin gələcək nəsillərə örnək olacağı vurğulanıb.

Yeni istifadəyə verilən abidə kompleksinin Füzulidən keçən yol kənarında inşasının təsadüfi olmadığı diqqətə çatdırılıb. Bildirilib ki, abidə xaricdə yaşayan soydaşlarımızın təşəbbüsü ilə inşa edilib və şəhidlərimizin xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Bu yol təkcə Füzuliyə deyil, həm də Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşaya qədər uzanan Zəfər yoluna qovuşur. Bu yol uğrunda canlarını fəda edən qəhrəmanların daim xatırlanması üçün abidə bu ərazidə inşa edilib.

Daha sonra yeni inşa edilən abidə kompleksinin açılışı olub. Şəhidlərin xatirəsi yad edilərək ruhuna dualar oxunub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, abidə kompleksində şəhidlərin adını daşıyan bulaq və vətən müharibəsində canlarını fəda edən şəhidlərin fotoları öz əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video