17:55 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Frederik Düma: Biz Gəncədə və işğaldan azad edilmiş ərazilərdə gördüklərimizi Fransa ictimaiyyətinə çatdıracağıq
ANA SƏHİFƏ / SİYASƏT
18:23 23.07.2021

 

Azərbaycana səfərimizin məqsədi müharibədən zərər çəkmiş və işğaldan azad edilmiş ərazilərə baş çəkməkdir. Missiyamıza ilk olaraq Gəncə şəhərindən başladıq. Görürük ki, şəhərin mərkəzində heç bir hərbi obyektin olmasına baxmayaraq, buraya bomba atılıb. Biz bu dağıntılara baxdıq. Verilən məlumata görə, onlarla mülki şəxs həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə tanış olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Frederik Düma jurnalistlərə açıqlamasında bildirib.

“Çox istərdik ki, fransızlar bu hadisələr barədə obyektiv məlumat alsınlar. Ona görə də biz - Dostluq Qrupunun üzvləri hadisə yerinə gəldik ki, gördüklərimizi Fransa ictimaiyyətinə çatdıraq. Çünki Fransada bir çoxları bu hadisədən xəbərsizdir. Artıq münaqişə başa çatıb. İndi regionda sülhün bərqərar olması lazımdır və biz buna ümid edirik.

Qeyd etmək istərdim ki, Fransa ictimaiyyətində belə bir fikir formalaşıb ki, ermənilər azərbaycanlılara qarşı heç bir müharibə cinayəti törətməyib. Biz isə öz gözlərimizlə görürük ki, sivil insanlara qarşı hücumlar olub. Bu da müharibə cinayətləri kimi qiymətləndirilə bilər”, - deyə Frederik Düma vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM