23:58 13 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransanın Oksitani regionunda yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil olunub
ANA SƏHİFƏ / SİYASƏT
15:13 10.05.2021

 

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidmətinin təşkilini davam etdirir.

AZƏRTAC xəbər verir ki, səfirlik tərəfindən növbəti səyyar konsulluq xidməti bu ölkənin Oksitani regionunda yaşayan soydaşlarımız üçün Tuluza şəhərində təşkil olunub.

Konsul Vüqar Ağayev səyyar konsulluq xidməti çərçivəsində soydaşlarımıza hüquqi yardım göstərərək, xidmətlə bağlı, eləcə də onları maraqlandıran digər hüquqi sualları cavablandırıb. Səyyar xidmət çərçivəsində soydaşlarımızın müvafiq sənədlərinin rəsmiləşdirilməsi həyata keçirilib. Onların qarşılaşdığı vəziyyətlərlə bağlı Azərbaycan qanunvericiliyinə uyğun məsləhətlər verilib.

Qeyd edək ki, Fransada yaşayan soydaşlarımıza səyyar konsulluq xidmətinin göstərilməsi onlara maddi baxımdan olduğu kimi, milli qanunvericiliyimizdəki yeniliklərlə bağlı məlumatlanmalarına da yardımçı olur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM