18 Oktyabr 2011 03:10
441
DÜNYA
A- A+

Fransalı sosialistlərin prezidentliyə namizədi bəlli oldu

 

57 yaşlı Fransua Olland Sosialist Partiyasından Fransa prezidentliyinə namizəd seçilmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

2,8 milyon səsdən təxminən 2 milyonu hesablandıqdan sonra Olland 56 faizlik nəticə ilə liderdir. Onun rəqibi Martin Obri 44 faiz səs qazanmışdır.

Qeyd edək ki, bu, partiyadaxili səsvermənin artıq ikinci turudur. Ayın 9-da keçirilmiş birinci turda heç bir namizəd 50 faizdən çox səs toplaya bilməmişdi.

61 yaşlı Martin Obri Sosialist Partiyasının lideridir. O, məğlubiyyətini artıq etiraf etmiş və prezident kampaniyası zamanı Ollandı dəstəkləyəcəyini bildirmişdir. Fransua Olland 1997-2008-ci illərdə sosialistlərə başçılıq etmişdi.

Ekspertlərin proqnozuna əsasən, Olland prezident seçkilərində favorit olacaq. Çünki hazırda o, əhali arasında populyarlıq reytinqinə görə Prezident Nikola Sarkozini qabaqlayır. Dövlət başçısının seçkiləri gələn ilin aprelində keçirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video