12:07 15 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
01:09 15.06.2021

Tarixin dönüş məqamı


01:06 15.06.2021

Qurtuluş dastanı


01:00 15.06.2021

15 iyun müqəddəs tarixdir


00:50 15.06.2021

BİLDİRİŞ


00:49 15.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransalı aktyor Türkiyədə siyasi sığınacaq istəyib
ANA SƏHİFƏ / DÜNYA
16:14 04.05.2021

 

Fransanın məşhur komik aktyoru Dyedonne M'Bala siyasi sığınacaq verilməsi xahişi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərmişdir. Bu barədə "Anadolu" agentliyi xəbər verir.

"Türkiyə Respublikasının Prezidentinə açıq məktub" iki dildə hazırlanıb. M'Bala yazır ki, artıq 20 ildir Fransada təhdidlərə, şantajlara və ayrı-seçkiliyə məruz qalır.

"Mən fransızları və 30 il ərzində gülüş bəxş etdiyim bütün insanları çox sevirəm. Ancaq mənim ölkəmin bəzi rəhbərləri vətəndaşlara bərabər münasibət bəsləmirlər və nəticədə qaradərililər ayrı-seçkiliyə məruz qalırlar. Mən artıq Fransada özümü təhlükəsiz hiss etmirəm, həyatım təhlükə altındadır", - deyə Türkiyə liderinə ünvanlanmış məktubda bildirilir.

M'Bala vurğulayır ki, müasir Türkiyə onun gözlərində güclü hüquqi dövlətdir, burada ayrı-seçkiliyin və təhqirlərin istənilən formasına yol verilmir, hüquqazidd hərəkət etməyə çalışanlar isə qanunun bütün ciddiliyi ilə məsuliyyət daşıyırlar.

Məktubda daha sonra deyilir: "Mən Türkiyəyə son aylar bir neçə dəfə səfər etmişəm. Burada mən qonaqpərvərlik gördüm, qadın və kişilərin davranışından çox təsirləndim. Türkiyə sakinlərində anadangəlmə qürur və hörmət hiss etdim. Qürur və hörmət müasir dünyada insanların axtardığı yeganə keyfiyyətdir. Bu baxımdan sizdən xahiş edirəm ki, mənə Türkiyədə siyasi sığınacaq verəsiniz və mən harmoniya və sülh şəraitində yaşaya bilim. Hörmətli Türkiyə Prezidenti, xahişimi qəbul etməyinizi sayğı və ən xoş arzularla xahiş edirəm".



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM