23:24 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransa telekanalı: Qarabağın azərbaycanlı məcburi köçkünləri doğma yurdlarına qayıtmağı arzulayırlar
ANA SƏHİFƏ / SİYASƏT
19:21 16.04.2021

 

Fransanın “TV 5” televiziya kanalında 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdları Qarabağdan didərgin düşmüş azərbaycanlılara həsr edilmiş veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan: Məcburi köçkünlər Qarabağa qayıtmağı arzulayırlar” adlı verilişdə 30 il əvvəl Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə 1 milyona yaxın azərbaycanlının doğma yurdundan didərgin düşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, 2020-ci il müharibəsində Azərbaycan Ordusu Qələbə qazanıb və 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edib.

Verilişdə Şuşadan, Kəlbəcərdən olan azərbaycanlı məcburi köçkünlərlə müsahibələr təqdim olunub. Onlar bildiriblər ki, azad edilmiş torpaqlara gedərək doğma evlərini axtarsalar da, uçulmuş-dağılmış divarlardan başqa heç nə tapmayıblar.

Kəlbəcər sakini isə ermənilərin işğal müddətində onların evlərində yaşadığını, ancaq Azərbaycan Ordusunun qələbəsindən sonra bu evləri yandıraraq tərk etdiklərini vurğulayıb. Bildirilib ki, 30 il işğal müddətində ermənilər bütün şəhərləri, kəndləri, onların infrastrukturunu tamamilə dağıdıblar.

Verilişdə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı məcburi köçkünlərin Qarabağa bu ərazilər minadan təmizləndikdən və infrastruktur bərpa edildikdən sonra qayıda biləcəklərini bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM