22 Iyul 2021 23:06
736
SİYASƏT
A- A+

Fransa portalı Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsindən yazır  

Fransanın “La Croix” portalında “Azərbaycanda uzun müddət davam edəcək minatəmizləmə başlayır” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı illərdə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən azərbaycanlıların dönüşünə minaların mane olmasından yazılıb. Qarabağ müharibəsi haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın azad etdiyi ərazilərinin minadan təmizlənməsi 10 il davam edə bilər.

Azərbaycanın Qarabağ bölgəsinin1990-cı illərdə Ermənistan tərəfindən işğal edildiyi, erməni işğalı nəticəsində azərbaycanlıların doğma evindən, yurdundan didərgin düşdüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, 30 ildir doğma yurdundan didərgin düşən azərbaycanlılar bu gün minalara görə doğma torpaqlarına qayıda bilmirlər. Ərazilərdə mina xəbərdarlığı ilə bağlı məlumatlandırıcı işarələr qoyulmasına baxmayaraq, 30 ildir doğma yurdlarının həsrəti ilə yaşayan azərbaycanlılar evlərini görmək üçün azad edilmiş yurdlarına gəlirlər. Bu günədək erməni minalarından 17 mülki şəxs həlak olub, 32-si isə yaralanıb. İki azərbaycanlı jurnalistin və bir zabitin mina qurbanı olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Xalqı azad edilmiş ərazilərin minadan təmizlənməsinə qədər gözləməyə çağırıb.

Bildirilib ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən 2 mərhələdə minalanıb: 1990-cı illərdə və 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri geri çəkilərkən. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ölkənin cənubunda, Zəngəzur dəmir yolu dəhlizinin ətrafını minalardan təmizlədiyi qeyd edilib. Cari ilin yanvarından 1200 metr uzunluğu və 60 metr eni olan ərazidə insan və tank əleyhinə 1000–dən çox mina tapıldığı yazılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video