11:18 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransa Milli Assambleyasının qondarma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qanun kəskin surətdə pislənilir
ANA SƏHİFƏ / SİYASƏT
01:12 29.12.2011

 

İsveç

 

İsveçdə yaşayan azərbaycanlılar Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarını qeyri-demokratik addım hesab edirlər.

Bununla bağlı "Xəzər Azərbaycan-İsveç Assosiasiyası" Fransa Prezidenti Nikola Sarkoziyə etiraz məktubu ünvanlamışdır.

Mətbuatda deyilir: "Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsi qeyri-demokratik addımdır və biz İsveçdə yaşayan azərbaycanlılar bunu qətiyyətlə pisləyirik. 1915-ci ildə baş vermiş hadisələrə tarixçilər şərh verməlidirlər. Türkiyə dövləti arxivləri açmağa və həqiqətləri dünyaya çatdırmağa hazırdır".

Fransa Prezidentinə tarixə bir daha nəzər salmağın tövsiyə olunduğu məktubda vurğulanmışdır. "Əslində, soyqırımı törədən Fransadır. Onlar günahsız Efiopiya və Əlcəzair xalqlarına qarşı soyqırımı törətmişlər".

"Xəzər Azərbaycan-İsveç Assosiasiyası" Fransa parlamentinə qondarma "erməni soyqırımı" əvəzinə 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımını müzakirə etməyi tövsiyə etmişdir.

Məktubun sonunda bir daha İsveçdə yaşayan azərbaycanlıların Fransa parlamentinin ədalətsiz qərarını kəskin surətdə pislədiyi və bunun nə kimi nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı narahatlıq ifadə olunmuşdur.

 

Ukrayna

 

Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Fransa parlamentinin aşağı palatasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qəbul edilmiş qanun layihəsini qətiyyətlə pisləmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, UAK-ın Fransanın Ukraynadakı səfirinə ünvanlandığı etiraz müraciətində bu cür ədalətsiz qanunun qəbul edilməsinin arxasında siyasi motivlərin dayandığı qeyd olunmuşdur. "Fransa dövlətinin başçısı qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olduğundan sərəncamındakı inzibati resurslardan istifadə edərək erməni seçicilərin səslərini qazanmağa çalışır", - deyə müraciətdə vurğulanmışdır.

Müraciətdə Fransa Milli Assambleyasının qərarının söz azadlığını məhdudlaşdırdığı, İnsan Haqları Bəyannaməsini, insan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasını pozduğu qeyd olunmuşdur.

UAK müraciətin sonunda Fransanın Ukraynadakı səfirindən Milli Assambleyanın qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qəbul olunmuş qanun layihəsini qətiyyətlə pislədiklərini Fransa rəhbərliyinin diqqətinə çatdırılmasını xahiş etmişlər.

 

Gürcüstan

 

Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Gürcüstanın azərbaycanlı ziyalılarının toplantısı keçirilmişdir. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov yığıncaq iştirakçılarına Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qanun barədə məlumat vermiş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, türk dünyasının buna kəskin münasibəti barədə danışmışdır.

Yığıncaq iştirakçıları həmin qanunu yekdilliklə pisləmiş, uydurma erməni sayıqlamasının Fransa kimi ölkənin parlamentinin gündəliyinə çıxarılmasından təəssüfləndiklərini bildirmişlər. Ziyalılar Fransa parlamentinə göndəriləcək etiraz məktubunun mətni ilə tanış olduqdan sonra mətn ingilis dilinə tərcümə edilmiş və Fransa parlamentinə göndərilmişdir.

 

Tacikistan

 

Düşənbədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilən yığıncaqda qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Fransa parlamentinin qəbul etdiyi qanun pislənilmişdir.

AMM-nin sədri, Tacikistanın əməkdar hüquqşünası Dilbər Rəsulova  çıxışında bildirmişdir ki, belə qanunun qəbul olunması Fransanın insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Belə fikir yaranır ki, Fransa parlamenti bilə-bilə millətlər və xalqlar arasına nifrət və kin toxumu səpir.

Deyilmişdir ki, Fransa parlamentindəki deputatlar 1992-ci ildə erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliyi və soyqırımı niyə görmək istəmirlər? O gecə ermənilər minlərlə qocaya, qadına, uşağa, əlilə divan tutmuş, körpə uşaqlar süngüyə taxılmışdır.

Digər çıxış edənlər qanunu pisləmiş, Fransa parlamentinə məktub hazırlandığını bildirmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM