20 Iyun 2021 00:33
1188
CƏMİYYƏT
A- A+

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, akademiyanın kursantları üçün keçirilən təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsi tərəfindən təşkil olunub. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki mərhələdə baş tutub.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kursantlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumatların verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. B.Salayev təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev təlimin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması baxımından əhəmiyyətindən danışıb. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacibliyini nəzərə çatdıran idarə rəisi bu cür təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev həmçinin iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” barədə məlumat verərək sənədin əhəmiyyətindən danışıb. Bu bəyannamənin iki qardaş ölkə arasında bütün sahələrdə münasibətləri ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinə şərait yaradacağını bildirib.

Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumat verilib.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarış və xilasetmə işləri, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər şərti əməliyyatlar nümayiş olunub.

Təlimə 35 nəfər canlı qüvvə və 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub. Bundan başqa, xilasetmə alət və avadanlığından istifadə edilib. Həmçinin təlimdə XRXX-nin kinoloji qrupuna məxsus xüsusi təlim görmüş itlərdən də istifadə olunub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video