09 Iyul 2021 00:46
1324
İDMAN
A- A+

“Finala çıxmışıq ki, qalib gələk”

 

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Avro-2020”nin yarımfinalında Danimarkaya qalib gələrək finala yüksəldikləri matçdan sonra fikirlərini bildirib.

50 yaşlı mütəxəssis deyib ki, indi hiss etdiyi duyğuları sözlə izah etmək çətindir: “Çox gərgin oyun olacağını bilirdim, amma sona qədər vəzifəmizi yerinə yetirəcəyimizə inanırdım. Danimarkanın böyük komanda olduğu heç kimə sirr deyil”.

Sautqeyt yığmanın çıxışından razı qaldığını bildirib: “Komandamın oyunundan çox məmnunam və futbolçularımın nail olduğu ən vacib məqam rəqiblərin təzyiq etdiyi anlarda çaxnaşmaya düşməmələridir. Nəticə etibarilə ölkəmizdəki azarkeşlər bu gözəl axşamın sonunda sevindilər. Penalti epizodunu görmədim. Ona görə də bu epizodu qiymətləndirə bilmirəm. Mənə elə gəlir ki, hakimin qərarı düzgün idi”.

İngiltərəli çalışdırıcı iyulun 11-də İtaliyaya qarşı keçirəcəkləri final görüşündən də danışıb: “Finala çıxmışıq ki, orada da qalib gələk. Yenidən hazırlaşacağıq. Finala qədər bərpa olunmalıyıq. Çünki son oyun çox çətin keçdi və çoxlu güc sərf etdik. İtaliya da çətinlik çəkdi. Amma onların hazırlaşmaq üçün əlavə bir günü var”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video