13 Noyabr 2011 12:11
356
İDMAN
A- A+

FİFA Azərbaycanda görülən işləri yüksək qiymətləndirir

 

Ölkəmizdə səfərdə olan FİFA-nın nümayəndə heyətinin üzvlərindən biri, qurumun media ilə əlaqələr üzrə meneceri Monika Huser AFFA-nın saytına müsahibə vermişdir. O, hər səfərində ölkə futbolunda yeniliklərin şahidi olduğunu qeyd etmişdir: "Bu, Azərbaycana üçüncü səfərimizdir. Əvvəlki səfərlərimiz fevral və iyun aylarına təsadüf etmişdi. İyunda Azərbaycan futbolunun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Həmçinin "Dalğa Arena"nın açılış mərasimi keçirildi. Bu səfərimizdə də stadionların vəziyyəti ilə tanış olduq. Deyə bilərik ki, çox işlər görülüb, əməkdaşlarınız çox həvəslə çalışırlar. Qarşıda sizi daha məsuliyyətli işlər gözləyir. Gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına ciddi hazırlıq gedir. Əminliklə deyə bilərik ki, bütün ölkə bu yarışı səbirsizliklə gözləyir. FİFA Azərbaycanda görülən işləri yüksək qiymətləndirir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video