31 Yanvar 2012 01:01
936
Milli Məclis
A- A+

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyası öz işinə başlayacaqdır

 

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyası öz işinə başlayacaqdır.

AzərTAc xəbər verir ki, yaz sessiyasının qanunvericilik işləri planına "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Təhsil krediti haqqında", "Ekoloji ekspertiza haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ali təhsil haqqında", "Elm siyasəti haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Pasiyentin hüquqları haqqında", "Mədəniyyət haqqında" qanun layihələri, eləcə də şəhərsalma və tikinti, rəqabət məcəllələrinin layihələri daxil edilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova demişdir ki, bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri də parlamentdə  müzakirəyə çıxarılacaqdır.

Sessiya dövründə Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanun layihələrinə, həmçinin  beynəlxalq müqavilə, saziş və protokollara də münasibət bildiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video