“Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik konfrans keçirilir
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Azərbaycanda Gənclər Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə çıxarılması tarixinə həsr olunmuş “Fevral məruzələri 2021: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda VI Beynəlxalq elmi–praktik gənclər konfransı onlayn formatda öz işinə başlayıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin dəstəyi ilə keçirilən beynəlxalq konfransın işinə ABŞ, Rusiya, Türkiyə, Ukrayna, İsrail, Almaniya, Çexiya, Qazaxıstan və Azərbaycandan olan 30-dan çox elm və təhsil müəssisəsini, o cümlədən 10 universiteti, 15 elmi mərkəzi, 5 dövlət qurumunu, 3 aparıcı firmanı təmsil edən 150-dən çox iştirakçı qatılıb.
Konfransı giriş sözü ilə açan MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.
Qeyd edilib ki, konfransda 8 bölmə üzrə aerokosmik sahənin, mülki aviasiya və nəqliyyat, informasiya texnologiyaları, radioelektronika, fizika, kimya, iqtisadiyyat və hüquq sahələrinin aktual problemlərinə həsr edilmiş yüzə yaxın məruzə dinləniləcək. Konfrans çərçivəsində, həmçinin “Hava nəqliyyatında təhlükəsizlik: problemlər və perspektivlər” və “Təchizat zənciri menecmentinə müasir baxış və perspektivlər” mövzularında Azərbaycanın bu sahədə tanınmış alim və mütəxəssislərinin iştirakı ilə dəyirmi masaların da keçirilməsi nəzərdə tutulub.
Professor Ə.Səmədov bildirib ki, “Fevral məruzələri 2020”dən sonra keçən il ərzində respublikamızın və xalqımızın həyatında çox əhəmiyyətli tarixi hadisə baş verib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər olan 44 gün ərzində Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu torpaqlarımızı 30 illik işğaldan azad edib. Bu tarixi Qələbə Ali Baş Komandanın müdrik siyasəti, dəmir iradəsi, dəqiq və düşünülmüş strategiyası, eyni zamanda, döyüşçülərimizin cəsarəti, Azərbaycan xalqının ölkə başçısı ətrafında sıx birliyi sayəsində qazanılıb. Müasir hərbi texnologiyalardan istifadə etməklə döyüş əməliyyatlarının aparılma taktikası da öz əhəmiyyətli rolunu oynayıb.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, məhz MAA-da aviakosmik sahə üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı uğurla həyata keçirilir. Yeni iqtisadiyyata keçid problemləri, regionların innovasiya inkişafının aparıcı texnologiya parkları kimi müəyyən edilməsi, ali məktəbin bu məsələnin həllində rolu və iştirakı akademiyada birinci dərəcəli məsələ kimi baxılır və bu, bizi çox sevindirir.
Plenar iclasda çıxış edən məruzəçilərin – konfransın sədri, MAA-nın aerokosmik məsələlər üzrə məsləhətçisi, akademik Roald Saqdeyevin “21-ci əsr: insanlığa qlobal çağırışlar – elm hansı çıxış yolunu təklif edir”, Odessa Milli Politexnik Universitetinin Kompüter Sistemləri İnstitutunun direktoru, professor Svetlana Antoşukun “Süni intellekt bu gün və sabah”, Rusiya Elmlər Akademiyasının V.A.Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun baş elmi işçisi, professor Aleksandr Potapovun “Radioelektron sistemlərdə qabaqcıl fraktal texnologiyalar”, İsraildən olan hərbi aviasiya üzrə ekspert Aleksandr Şulmanın “İsrail pilotsuz aviasiyasının yaranma tarixi”, Türkiyənin İnnovasiya Menecmenti və TRİZ İnstitutunun prezidenti, professor Ali Kutvanın “İnnovasiyaya sistemli yanaşma: TRİZ və innovasiya” mövzularında olan çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Konfransda, həmçinin MAA-nın Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, professor Əhəd Canəhmədov və Almaniyadan olan soydaşımız, professor Mesud Əfəndiyev çıxış ediblər.
“Fevral məruzələri 2021” Beynəlxalq konfransı fevralın 4-dək davam edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may a...
25 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNİB ...
25 Aprel
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəz...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək ə...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!