13 Avqust 2021 00:35
960
İQTİSADİYYAT
A- A+

Fermerlər və məhsul istehsalçıları lazımi qədər suvarma suyu ilə təmin olunur

 

Bu ilin birinci yarısında Astara Suvarma Sistemləri İdarəsi rayonda suvarma sistemlərinin mühafizəsini, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirməklə, suvarma suyunun fermerlərə və məhsul istehsalçılarına vaxtında və itkisiz verilməsində, əkin sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasında müəyyən işlər görüb.

Bu barədə AZƏRTAC-a məlumat verən Meliorasiya və Su Təsərrüfatı ASC-nin Astara Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov bildirib ki, idarənin balansında 730,6 kilometr açıq və qapalı şəbəkələr, su tutumu 6,3 milyon kubmetr olan Lovayın Su Anbarı, 4 ədəd təsərrüfatlararası suvarma məntəqəsi, əhalini və sərhəd kommunikasiyaları mühafizə edən 13 min 887 kilometr uzunluğunda sahil mühafizə bəndləri mövcuddur.

İlin əvvəlindən bəri rayonun yaşayış məntəqələrinə, əkin sahələrinə, çaylara yaxın ərazilərdə yerləşən kommunikasiyaların qorunması, eləcə də sel sularının vura biləcəyi ziyanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilib.

Bu ilin istismar tədbirləri planında nəzərdə tutulmuş cari təmir işləri davam etdirilib, Pensərçayın Vaqo kəndi ərazisində uzunluğu 40 poqonometr olan dağılmış beton mühafizə bəndinin təmiri isə başa çatıb.

İdarənin balansında olan 441,6 kilometr qapalı boru şəbəkələr 1970-ci ildə tikilib istifadəyə verilib. Bu müddət ərzində qapalı şəbəkələrdə cari və əsaslı təmir işlərinin aparılmasına baxmayaraq, istismar müddəti keçən şəbəkələrdə tez-tez qəza vəziyyəti yaranır. Bunu nəzərə alaraq qapalı şəbəkələrə vaxtaşırı olaraq texniki baxış keçirilir, təmirə ehtiyacı olan yerlər müəyyən edilir. Rayonun Çayoba və Pensər kəndləri ərazisində sıradan çıxmış boruların qaynaqlanması və yenisi ilə əvəz olunması istiqamətində işlər davam edir.

Bunlardan əlavə, cari ilin əvvəlindən başlayaraq həm təsərrüfatdaxili, həm təsərrüfatlararası kanallarda lildən təmizləmə işləri görülür. Artupa, Səncərədi, Alaşa, Suparibağ, Kakalos, Şahağac, Balaca Şahağac, Pensər, Çayoba kəndlərinin, Ərçivan qəsəbəsinin Astara şəhərinin Kələdəhnə yaşayış məntəqəsinin ərazilərində isə 67 min 600 kanalın təmizlənməsi yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video