14:12 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fərhad Bədəlbəyli: Bütün şəhərlər bizim üçün doğmadır, amma Şuşa özlüyündə nadir bir şəhərdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
17:35 30.08.2021

 

Mən xoşbəxtəm, çünki 1982-ci ildə atamla birgə biz Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin açılışda ulu öndər Heydər Əliyevlə birlikdə Maestro Niyazi, Qəmbər Almaszadə, Süleyman Rüstəm və digər ziyalılarımız da olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Vaqif Poeziyası Günləri çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.

Fərhad Bədəlbəyli deyib: “O zaman mən və Polad Bülbüloğlu cavan idik. Biz tarixi hadisənin şahidi olduq. Lakin 1992-ci ildə biz Şuşanı itirdik. Sağalmayan yara 2020-ci il noyabrın 8-dək öz işini görürdü. Ümidimizi yavaş-yavaş itirirdik. Amma 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimiz bu Qələbəni bizə bəxş etdilər. Bu gün hansı xarici ölkəyə getsək qalib xalqın nümayəndəsi kimi gedəcəyik.

Xoşbəxtəm ki, bu gün tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM