12 Oktyabr 2011 12:10
418
DÜNYA
A- A+

Fələstin və İsrail rəhbərliyi görüşə razılaşdılar

 

Fələstin Milli Muxtariyyətinin başçısı Mahmud Abbas hər an İsraillə danışıqlara başlamağa hazır olduğunu bildirmişdir. Bu barədə hazırda Kolumbiyada səfərdə olan Fələstin liderinə istinadən "Frans Press" agentliyi xəbər verir.

Bundan əvvəl İsrail danışıqların davam etdirilməsi haqqında Yaxın Şərq tənzimlənməsi üzrə dördlüyün (Rusiya, ABŞ, BMT və Avropa İttifaqı) təklifini qəbul etmişdi. "Röyter" agentliyinin verdiyi xəbərə görə, Baş nazir Benyamin Netanyahu Avropa İttifaqının xarici işlər naziri Ketrin Eştona bildirmişdir ki, "istənilən vaxt" Abbasla görüşməkdən "məmnun" olar.

Eyni zamanda qeyd olunur ki, İsrailin danışıqları bərpa etməyə razılıq verməsi çətin ki konkret razılaşmalara gətirib çıxarsın.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video