08 Sentyabr 2021 14:06
671
CƏMİYYƏT
A- A+

Faktiki hava şəraiti: Leysan yağış nəticəsində Əyriçay Başdaşağıl, Balakənçay və Talaçaydan sel keçib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, leysan yağış nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Lənkəranda 71 (aylıq normanın 42 faizi), Astarada 59 (aylıq normanın 30 faizi), Lerikdə 40 (aylıq normanın 58 faizi), Kişçayda (Şəki) 39 (aylıq normanın 37 faizi), Şinçayda (Şəki) 32 (aylıq normanın 47 faizi), Yardımlıda 29 (aylıq normanın 37 faizi), Əyriçay Başdaşağılda (Oğuz) 27 (aylıq normanın 37 faizi), Şəkidə 25 (aylıq normanın 37 faizi), Qubada 20 (aylıq normanın 32 faizi), Zaqatalada 18, Qusarda 14 (aylıq normanın 29 faizi), Sarıbaşda (Qax) 13, Şahdağda 11, Nabranda 10, Balakən, Qrızda 7, Xınalıqda 6, Şabranda 5, Xaltan, Şabran, Altıağacda 3, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1 millimetrədək olub.

Bakıya və Abşeron yarımadasına gəlincə isə Maştağaya 2, Binə və Bakıya 1 millimetrədək yağıntı düşüb.

Şimal-qərb küləyi əsəcək, arabir Naftalanda 28 metr/saniyə, Tərtər, Salyanda 25, Ağdamda 22, Neftçala, Hacıqabul, Şirvanda 20, Gəncədə 18, Şəmkir, Şabran, Xaçmazda 16, Bakıda 28, Sumqayıtda 25, Ələtdə 24, Qum adasında 23, Binədə 21, Pirallahıda 20, Maştağa, Çılov adası, Neft Daşlarında 19 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video