20 Oktyabr 2021 13:35
907
DÜNYA
A- A+

“Facebook” kompaniyası adını dəyişməyi planlaşdırır

 

“Facebook” sosial şəbəkəsinin, “Instagram” servisinin və “WhatsApp” messencerinin sahibi olan Amerikanın “Facebook” korporasiyası artıq gələn həftə öz adını metakainat (The metaverse) konsepsiyasını əks etdirəcək adla əvəzləmək barədə planlarını açıqlamalıdır.

AZƏRTAC Verge portalına istinadla xəbər verir ki, müvafiq planın təfərrüatlarının oktyabrın 28-də baş tutacaq illik konfransda elan olunacağı gözlənilir. Bu rebrendinq “Facebook” sosial şəbəkəsinin də digər populyar servislər kimi, kompaniyanın məhsullarından biri olduğunu əks etdirməlidir. Onun kompaniyanın son illər üzərində işlədiyi “əlavə reallıqlar texnologiyası – Horizon” ilə bağlı ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, “Facebook” adını dəyişmək qərarına gələn ilk texnologiya kompaniyası deyil: 2015-ci ildə Mark Sukerberqin əsas rəqibi – “Google” kompaniyasının adı “Alphabet” ilə əvəz olunmuşdu.

Son zamanlar “Facebook” kompaniyası və ona məxsus servislər ətrafında bir sıra qalmaqallar baş verib. Bunlara yanlış məlumatların yayılması ilə mübarizəyə yetərincə diqqət ayrılmaması, “WhatsApp” messencerinin mübahisə doğurmuş yeni istifadəçi müqaviləsi, “Instagram” sosial şəbəkəsinin asılılığa səbəb olması və onun “toksik təsirləri” ilə bağlı araşdırmaların gizlədilməsi, həmçinin kompaniyaya məxsus servislərdə tarixin ən böyük texniki problemlərinin yaşanması aiddir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video