15:50 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əyani sübut
ANA SƏHİFƏ / SİYASƏT
02:10 29.10.2011

 

Müstəqil dövlətimizin tarixinə daha bir şanlı səhifə yazıldı. Gündən-günə tərəqqi edən Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi.  Bu, Azərbaycan diplomatiyasının təntənəsi, müstəqil dövlətimizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətinin dünya miqyasında etirafıdır.

Bir zaman "yox millətimin imzası imzalar içində" deyən Məhəmməd Hadi sağ olsaydı, indi yəqin belə yazardı: "Var millətimin imzası ən ali dövlətlərin adları içində". Bu, müstəqil Azərbaycanın qələbəsi, Prezident İlham Əliyevin inamla yeritdiyi çoxsahəli siyasətin bəhrəsidir.

Bu uğurun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin müdrik siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi sayəsində belə bir əvəzsiz qələbənin qazanılmasına gətirib çıxarıb. Bu, son dərəcə məsul bir sınaq idi. Azərbaycan beynəlxalq nüfuz meydanında sanki imtahan verirdi. Dünyanın ən qüdrətli, aparıcı dövlətlərinin iştirakı ilə iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda və mərhələlərdə üstünlük əldə etdi. Birinci turda üç namizədin arasında birinci yeri tutdu. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyib, etimad göstərib, bizi bu mötəbər təşkilata  yüksəldib.

Çox əlamətdar haldır ki, bu tarixi hadisə məhz müstəqilliyimizin iyirmi illiyi ərəfəsində baş verib. Ötən iyirmi il ərzində ölkəmiz həyatın hər sahəsində misilsiz yüksəliş yolunu keçmişdir. İstər iqtisadiyyat, istər mədəni-quruculuq və istərsə də beynəlxalq əlaqələr sahəsində Azərbaycanın rolu və yeri indi dünya miqyasında tam etiraf olunur. Azərbaycanın nüfuzu aybaay, ilbəil artır. Müstəqil dövlətimizi bütün dünya tanıyır. Bir sıra qlobal məsələlərin həllində Azərbaycanla hesablaşırlar. Bölgədə heç bir problem ölkəmizin iştirakı olmadan həll edilə bilməz.

Prezident İlham Əliyev bu böyük qələbə münasibətilə xalqımızı təbrik edərkən dedi ki, "bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir".

Müstəqilliyimizin ilk 20 ili ərzində belə böyük uğurun qazanılması doğrudan da misilsiz nailiyyətdir. Bu, ölkəmizin getdikcə artan gücünü, qüdrətini əyani surətdə göstərir. Biz tarixin çox qısa bir dövründə -  yəni 20 il ərzində müstəqil ölkə, böyük şöhrətə malik bir diyar kimi özümüzü dünyada təsdiq edə bilmişik.

Azərbaycanın uğurları artdıqca onun hər bir guşəsi beynəlxalq tədbirlərin mərkəzinə çevrilir. Bu yaxınlarda Gəncə şəhəri gənclərin beynəlxalq festivalına ev sahibliyi etdi. Bizim universitetdə isə Qafqaz dövlətləri, Türk Cümhuriyyəti və Türkiyə Tədqiqat Əməkdaşlığı - BSİ 211 çərçivəsində "Qloballaşma şəraitində təhsilin və elmin inkişafı problemləri" mövzusunda beynəlxalq toplantı keçirildi. Burada on dörd dövləti təmsil edən 158 nümayəndə iştirak etmişdir. Yaxın-uzaq ellərdən gələn qonaqlar respublikamızın uğurlarından xüsusi ehtiramla danışırdılar.

Azərbaycan beləcə hər sahədə dünya miqyasına çıxır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi şəhərimizin bütün ali və orta ixtisas məktəblərində, idarə, müəssisə və təşkilatlarda olduğu kimi, bizim kollektivdə də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Bu münasibətlə keçirilən toplantıda çıxış edən Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri dosent Məleykə Əlizadə, həmin kafedranın baş müəllimi Rəfael Xəlilov, aqronomluq fakültəsinin tələbəsi Hökumə İlham qızı və başqaları bu tarixi hadisə ilə bağlı öz ürək sözlərini bildirdilər və dövlətimizin başçısına yeni uğurlar arzuladılar.

Hamı əmindir  ki, Prezident İlham Əliyevin inamla yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində ölkəmizin qələbələri daha da artacaq və bütün bunlar Qarabağ probleminin uğurlu həllinə kömək edəcəkdir.

 

Mirdaməd SADIQOV,

Dövlət Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM