05 Sentyabr 2021 00:25
1026
Səhiyyə
A- A+

Ətirli və zərif çarə

 

Güllərin şahı qızılgül ilahi və insan gözəlliyini əks etdirən nadir bir çiçək növü hesab olunmaqla yanaşı, şəfaverici xüsusiyyətləri ilə də ürəklərdə özünə sevgi taxtı qurub. Dünyada qızılgülün təxminən 1300 növü var.

Bunlardan müalicədə istifadə edilən ən əhəmiyyətlisi isə çoxqatlı, ətirli, çəhrayı rəngdə olan Rosa damascenadır. Araşdırmalar nəticəsində qızılgülün tərkibində 89 aktiv maddənin olduğu müəyyən edilib. Müalicə zamanı əsasən qızılgülün ləçək və düymələrindən istifadə olunur. Siçovullar üzərində aparılan bir araşdırma qızılgül ləçəklərinin antioksidant təsirə malik olduğunu ortaya çıxarıb. Qızılgülün kök və yarpaq kimi digər hissələrinin müalicəvi əhəmiyyətə malik olub-olmadığı barədə isə hələlik elmi məlumat yoxdur...

 

Xoş qoxusu ilə ruhu yüksəldir

 

Ta qədim zamanlardan qızılgül və ondan hazırlanan məhsullar müalicəyə daxil edilib. IX əsrdə yaşamış həkim və botanik Əbu Hanifə Dinaveri “Bitkilər kitabı”nda, dahi həkim İbn Sina məşhur “Əl-qanun fit-tibb” adlı əsərində sərinləşdirici və təravətləndirici təsiri səbəbi ilə qızılgül (gülab) suyunun qızdırmanın qarşısını almaq üçün istifadəsini tövsiyə edib.

Eyni zamanda İbn Sina və qədim dövrün bir çox tanınmış alimləri əsərlərində qızılgül suyunun xoş qoxusu ilə ruha müraciət etdiyini, insanları rahatlatdığını, bayılma və ürək döyüntülərində faydalı olduğunu bildiriblər. Xüsusilə bayılma hallarında qızılgül suyu xalq təbabətində tez-tez istifadə olunub. Huşunu itirmiş şəxsin başını, üzünü və əllərini gülabla ovuşdurmaq və ya üzünə səpmək qədim tibb ənənəsinə çevrilib. Həmçinin gül suyu qoxusunun ürəkbulanma və qusmanı aradan qaldırmaqda, içildiyi təqdirdə mədəni gücləndirməkdə faydası var.

Türkiyəli professor-doktor Aytən Altıntaş tibb tarixinə dair məqaləsində məlumat verir ki, XV əsr həkimlərindən Əşrəf bin Məhəmməd tiblə bağlı bir əsərinin uşaq sağlamlığı ilə bağlı bölümündə süddən kəsilən körpələrə gül suyu və balı çörəyə batıraraq verməyi tövsiyə edib.

Qızılgül suyu ürək və ruha faydalı olduğu üçün ruhi xəstəliklərin müalicəsində də istifadə edilib. Tarixi qaynaqlarda gündə iki dəfə ruhi xəstələrə gül suyu səpilməsi faktlarına rast gəlinir. Bitki aləmindəki bütün çiçəklərdən ən üstün sayılan qızılgülün bütün fiziki, emosional və mənəvi quruluşlar üzərində fəaliyyət göstərərək hər üçünü eyni anda saflaşdırdığı və ucaltdığı barədə fikirlər də qədim tibb kitablarında əksini tapıb.

 

Ürəyin dostu

 

Ümumiyyətlə, qızılgül şəfalı xüsusiyyətləri sayəsində ürək-damar sisteminə çox müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalı olur.

Sinir sisteminə sakitləşdirici təsir edən qızılgül məhsulları nevroz, stress, depressiya zamanı əvəzolunmazdır. Mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür, immun sistemini möhkəmləndirir.

Bu faydalı gül angina zamanı müalicəvi təsir edir, başağrısını azaldır, orqanizmi cavanlaşdırır və tonuslaşdırır. Dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir.

Qızılgül yağı kosmetologiyada çox geniş istifadə olunur - dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir.

Damaqların iltihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir göstərir. Nəfəs yollarını mikroblardan və selikdən təmizləyir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video