19 Fevral 2012 01:02
340
İQTİSADİYYAT
A- A+

Etilen-polietilen zavodunda yeni qurğu quraşdırılmışdır

 

"Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunun "Polimir-120" istehsalatının konveksiya sexində robot sistemli paletləmə kompleksinin quraşdırılması və sınaq-sazlama işləri uğurla başa çatdırılmışdır.

Elektron hidravlik sistemi, həmçinin elektrik mühərriki Almaniya texnologiyası olmaqla Türkiyənin "Keramik" şirkətində istehsal olunmuş paletləmə kompleksi zavodun hazır məhsulunun - dənəvər polietilenin daxili və xarici bazarlara itkisiz və dünya standartına uyğun çatdırılması, yükləmələrdə mövcud ağır əl əməyinə son qoyulması və yükləmələrin daha sürətlə aparılması kimi mühüm məsələləri həll edəcək.

Yüksək məhsuldarlıqlı yeni kompleksdə bir-birinin davamı olan iki mərhələ üzrə quraşdırılmış robot tipli mexanizmlər ağır əl əməyini aradan qaldıraraq hər biri 25 kiloqram olan polietilen dolu kisələri iri bağlamalar şəklində avtomatik olaraq bükəcək. Bir neçə işçini həm qablaşdırma, həm də ixrac məhsulunun çoxtonlu trallerlərə yüklənməsi prosesində əl əməyindən azad edəcək yeni xəttin istismara verilməsi ilə hər birinin çəkisi 1300 kiloqrama qədər olan iri polietilen bağlamaları maşınlara İB tərəfindən yeni alınmış 3 və 5 tonluq avtokaralar vasitəsilə yüklənəcək.

Əvvəlki konveyer xətti üzərində isə Almaniya istehsalı olan, avtomatik idarəetmə sistemi üzrə idarə edilən, maksimal məhsuldarlığı saatda 30 tona çatan "Wind möller" markalı yeni qablaşdırma maşını quraşdırılmışdır ki, bununla da, qablaşdırma prosesinin ən önəmli ilkin  mərhələsinin ahəngdar işi tam təmin olunmuşdur. Bu prosesin ikinci mərhələsində paletləmə xəttinin işə salınması ilə əsas ixrac məhsulu olan polietilenin həm estetik görünüşü yaxşılaşacaq, həm də onun yüklənmə və nəqlolunma prosesi sürətlənəcək. 

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video