20 Sentyabr 2014 07:09
425
Elm və texnika
A- A+

“Əsrin müqaviləsi”nin Azərbaycan arxeologiya elminin inkişafında mühüm rolu olub

Sentyabrın 20-də 20 ili tamam olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan arxeologiya elminin inkişafı üçün böyük təkan olubdur.
AzərTAc xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli bu fikirdədir.
Direktor müavini bu müqavilə ilə reallaşan Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərlərinin tikintisi dəhlizində 2002-2005-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası o vaxtadək elmə məlum olmayan 41 sahədə geniş miqyaslı arxeoloji qazıntı işləri aparıldığını diqqətə çatdırıb. Bildirib ki, Gəncə-Qazax bölgəsindəki bu sahələrdə tarixin müxtəlif mərhələlərinə aid qədim yaşayış məskənləri, kurqan, torpaq, daş örtüklü, küp, taxta qutu tipli yüzlərlə qəbir abidələri tədqiqatlara cəlb edilibdir. Tədqiqatlar xalkolit dövrünə (eramızdan əvvəl IV minillik) aid Leylatəpə mədəniyyəti, tunc dövrünə (eramızdan əvvəl III-II minilliklər) aid Kür-Araz, Təzəkənd, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətlərinə məxsus abidələri, eyni zamanda, antik və orta əsrlər dövrləri abidələrini əhatə edib. Nəticədə Azərbaycanın zəngin taixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi-mədəniyyət nümunələri aşkar olunub. Bu tapıntılar əsasında Azərbaycanın qədim dövr təsərrüfat həyatı, mədəni-iqtisadi əlaqələri, sənətkarlıq sahələri, dəfn adətləri və s. məsələlərin araşdırılması üçün mühüm elmi informasiya bazasını təşkil edir.
Alim deyib ki, “Əsrin müqaviləsi” əsasında həyata keçirilən BTC və CQ layihələri çərçivəsində aparılan arxeoloji qazıntılar 90-cı illərdə arxeologiya elmində hökm sürən durğunluğun aradan qaldırılması üçün mühüm addım olub. Bu qazıntılar nəticəsində aşkar edilmiş zəngin maddi- mədəniyyət nümunələrinin elmi interpretasiyası Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salıb. Qazıntılar zamanı əldə edilən arxeoloji materiallar əsasında dissertasiyalar müdafiə edilib, elmi monoqrafiyalar və çoxsaylı məqalələr nəşr olunub. Minlərlə arxeoloji tapıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün hələ uzun illər bir mənbə kimi öz aktuallığını saxlayacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video