31 Yanvar 2013 04:01
261
Məktublar
A- A+

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvlərinə

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram!

Dövlət Komissiyası fəaliyyət göstərdiyi illər ərzində çətin və mübariz bir yol keçmiş, daim milli maraqlar və dövlətçilik mənafelərindən çıxış etmiş, öz fəaliyyətində dövlətimizin humanizm prinsiplərini rəhbər tutmuşdur. Ümummilli lider Heydər Əliyev Dövlət Komissiyasının fəaliyyətinin genişləndirilməsinə və səmərəliliyinin artırılmasına böyük önəm vermişdir. Bu komissiya Ermənistanın hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin geri qaytarılması, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi kimi yüksək humanitar missiyanı dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə layiqincə yerinə yetirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, yaranma səbəbləri və ağır fəsadları, baş vermiş humanitar fəlakət haqqında Dövlət Komissiyası və onun İşçi Qrupunun hazırladığı təbliğat materiallarının yayılmasının münaqişə barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rolu olmuşdur. İnformasiya mübarizəsi sahəsində komissiyanın gördüyü işlər yüksək qiymətləndirilir.

Sülh danışıqlarında Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, müharibə vəziyyətinin davam etməsi, təmas xəttində atəşkəsin mütəmadi pozulması səbəbindən hərbi və mülki şəxslərin həlak olması, əsir və itkin düşməsi halları komissiyanın bu məsələlərdə daha həssas və daha məsuliyyətli olmasını zəruri edir.

Əminəm ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bundan sonra da bütün vəzifələrinin öhdəsindən şərəflə gələcəkdir.

Bir daha Sizi 20 illik yubileyiniz münasibətilə təbrik edir, fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 yanvar 2013-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video