15 Mart 2012 04:03
418
Səfərlər
A- A+

Əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olmuşdur.

Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verildi.

Prezident İlham Əliyev bu dini ocağın əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı.

Dövlət başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış oldu.

Sonra Prezident İlham Əliyev Cümə məscidində yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilmişdir. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülmüş və dini məbəddən anbar kimi istifadə olunmuşdur. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşmişdir.  1992-ci ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşmüşdür. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa işlərinə başlanılmış, ötən ilin iyununda başa çatdırılmışdır. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılmışdır. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılmışdır.

Bildirildi ki, Cümə məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur.

Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video