01 Sentyabr 2021 20:41
799
İQTİSADİYYAT
A- A+

Ermənistanın təcavüzü nəticəsində zərər çəkən sahibkarlıq subyektlərinə 4 milyon manatdan çox vəsait ödənilib

 

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən dinc şəhər və kəndlərimiz bombardman edilib. Nəticədə mülki əhaliyə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəyib, onların normal işgüzarlıq fəaliyyəti pozulub. Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 6 iyul tarixli Sərəncam imzalayıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd olunan sərəncamın icrasının təmin edilməsi məqsədilə zərərin qiymətləndirilməsi və aradan qaldırılması üçün müvafiq rayonlarda dövlətimizin başçısının 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb, 294 sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib. Müəyyən olunub ki, Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği 4 milyon 741 min 647 manat təşkil edir.

Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb.

Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4 milyon 261 min 941 manat vəsaitin ödənişi təmin olunub. Proses davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video