29 Noyabr 2011 12:11
339
SİYASƏT
A- A+

Ermənistanın «mədəni təxribat»ı baş tutmadı

 

Azərbaycanın maddi-mədəniyyət abidələrini saxtalaşdırmağa can atan ermənilərin bəd niyyətləri bu dəfə baş tutmayıb. Belə ki, noyabrın 20-dən dekabrın 1-dək İndoneziyanın Vali adasında UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 6-cı sessiyasında Ermənistan tərəfindən  iki nominasiya üzrə ("Erməni Aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı - Vardavar") fayllar təqdim edilsə də, Azərbaycanın adıçəkilən iclasda iştirak edən nümayəndə heyəti təxribatın qarşısını alıb. Müzakirələrdə Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq tələblərinə cavab  vermədiyi bildirilib. Bununla yanaşı, aşıq sənətinin Azərbaycan xalqına məxsus olması və onu ermənilərin mənimsəməyə çalışması, həmçinin nominasiyalarda  Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu komitə üzvlərinin nəzərinə çatdırılıb. Bütün qeyd olunanların Konvensiyanın müvafiq müddəaları ilə  zidd olduğu və UNESKO-nun əsas prioritetlərindən sayılan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə  vermədiyi təsdiqlənib. Azərbaycan nümayəndələrinin fəallığı  nəticəsində komitənin əksər üzvü ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın hər iki nominasiyasının qeyri-maddi  mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər. Beləliklə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən UNESKO-ya ünvanlanmış müraciət nəticəsiz qalmayıb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən mətbuata  verilən məlumata əsasən, etiraz məktubu ermənilərin aşıq sənətinə iddiaları ilə əlaqədar olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən  oktyabr ayında UNESKO Katibliyinə göndərilən məktubda Ermənistanın təqdim etdiyi sənədlərdə ermənilərin Azərbaycanın mədəni irsinə qarşı saxta nominasiyalarla çıxış etmək cəhdinin təxribatdan savayı bir şey olmadığı, həmçinin Konvensiyanın şərtlərini pozduğu göstərilib.

Müraciətdə eləcə də Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildiyi vurğulanıb. Aşıq sənətinin nəinki Azərbaycanın, ümumilikdə türkdilli xalqların zəngin mədəni irsinin nümunəsi olması bir daha müraciətdə öz əksini tapıb. UNESKO-nun adıçəkilən müraciətə müsbət münasibəti ermənilərin bu tədbirdən əliboş qayıtmasına səbəb olub. Katiblikdən verilən cavabda bildirilir ki, bu problemli məsələdən UNESKO xəbərdardır. Azərbaycan komitənin üzvlərindən biri olaraq belə məsələləri iclasda qaldıra və bu halların qəbuledilməzliyi barədə müvafiq maddənin və ya əlavənin rəddinə nail ola bilər.

Qeyd etmək yerinə düşər ki,  ermənilərin növbəti  "mədəni təxribat"ının  qarşının alınması  Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm  nazirlikləri ilə yanaşı, UNESKO yanında Daimi Nümayəndəliyinin birgə fəaliyyətinin nəticəsidir.

Adıçəkilən tədbirdə Azərbaycanı UNESKO yanında Daimi Nümayəndəliyinin birinci katibi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova   təmsil ediblər.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video