03:47 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanda növbəti Paşinyan dövrü başlayır

ANA SƏHİFƏ / SİYASƏT
00:34 03.08.2021

 

Ölkədə siyasi qarşıdurmaların daha da güclənəcəyi qaçılmazdır

 

Uzun müddətdən sonra Ermənistan parlamenti nəhayət yeni tərkibdə toplaşa bildi. Qanunverici orqan yeni rəhbərliyini, komissiyalarının tərkibini və sədrlərini, müavinlərini seçməlidir. Amma prosesin gözlənildiyindən gec olacağı artıq məlumdur. 

İlk olaraq iclasda baş nazir postu ilə bağlı məsələ müzakirə olunub. Parlamentdə çoxluğa malik “Vətəndaş razılaşması” partiyası baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Ermənistan prezidenti Armen Sarkisyan isə Nikol Paşinyanın baş nazir postuna təyin edilməsi ilə  bağlı fərman imzalayıb.

Beləliklə, 20 iyun növbədənkənar parlament seçkilərində “Vətəndaş razılaşması” partiyasının lideri olaraq qalib gələn N.Paşinyan növbəti dönəm üçün hökumətə rəhbərlik edəcək. Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra baş nazir postuna çoxluğun nümayəndəsini təyin edir. Nazirlər Kabineti isə baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı da öz növbəsində 20 gün ərzində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, növbədənkənar seçkidə formalaşan parlamentin ilk sessiyası rəsmi nəticələr təsdiqlənən gündən sonrakı ikinci bazar ertəsi çağırılmalıdır. Bildiyimiz kimi, növbədənkənar parlament seçkisi iyunun 20-də keçirilib, Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri iyunun 27-də təsdiqləyib. İyunun 27-dən sonrakı ikinci bazar ertəsi isə iyulun 5-nə düşüb. Ancaq yeni seçilmiş parlament həmin gün toplaşa bilməmişdir.

Sessiyanın ləngiməsi Konstitusiya Məhkəməsinə seçkidən şikayətlər verilməsi ilə bağlı idi. Məlum olduğu kimi, müxalifətin 20 iyun parlament seçkilərinin yekun nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etməsi Ermənistanda vəziyyəti daha da gərginləşdirib. Belə ki, qazandıqları mandatdan imtina etməsələr də, parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifət bloklarının məhkəməyə müraciəti yeni hökumətin vaxtında formalaşmasına imkan verməyib.

Dünən keçirilən parlamentin ilk iclasında da deputatlar arasında gərginlik yaranıb. Belə ki, müxalif “Ermənistan” bloku həbsdə olan deputatları Mxitar Zakaryan və Artur Sarkisyanla bağlı məsələ qaldırıb. Blokun nümayəndələri bildiriblər ki, iki parlamentarinin həbs olunduğu şəraitdə hər hansı bir səsvermə keçirilə bilməz. Bundan əlavə, qanunverici orqanın qərarı olmadan deputatların həbs edilməsi qəbuledilməzdir. Həbsdə olan deputatların iştirakının təmin edilməsi məsələsində “Şərəfim var”  bloku da “Ermənistan” blokunu dəstəkləyib.

Çoxluq təşkil edən “Vətəndaş razılaşması” partiyasının nümayəndəsi Vladimir Vardanyan isə sözügedən qərarın deputatların mandat əldə etmədən əvvəl verildiyini qeyd edib. Bu zaman erməni deputatlar bir-birinə qarşılıqlı irad tutublar. İclasa rəhbərlik edən Knyaz Həsənovun müzakirələri davam etdirmək cəhdi də uğursuz olub. Buna cavab kimi müxalifət nümayəndələri əlləri ilə masalara vurmaqla etirazlarını bildiriblər. Nəhayət, “Ermənistan” blokunun təmsilçiləri spiker olmadığı üçün iclası idarə edən ən yaşlı deputat kürd əsilli Knyaz Həsənovdan 20 dəqiqəlik fasilə istəyiblər və sonuncu onların istəyini yerinə yetirməyə məcbur olub.

İclasda daha bir qalmaqal da yaşanıb. Belə ki, Knyaz Həsənov deputatların adlarını oxuyarkən səssiz qalan “Ermənistan” blokunun üzvləri yalnız həbs olunan Mxitar Zakaryan və Artur Sarkisyanın adları çəkilərkən ayağa qalxıb və əl çalmaqla etirazlarını bildiriblər.

Xatırladaq ki, həbs edilən deputatlar dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Yeni parlamentin spikeri və onun iki müavini də parlament çoxluğunu təmsil edəcək. Amma Seçki Məcəlləsinə görə, 3 vitse-spikerdən biri müxalifəti təmsil etməlidir. Gözlənilir ki, hazırkı vitse-spiker Alen Simonyan parlamentin sədri seçiləcək. Parlamentin vitse-spikeri postuna isə “Ermənistan” blokunun üzvü, Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun nümayəndəsi İşxan Saqatelyanın namizədliyinin irəli sürüləcəyi ehtimal olunur.

Xatırladaq ki, proporsional sistemin tətbiq olunduğu 20 iyun seçkisinə 21 siyasi partiya, 4 blok qatılmışdı. 107 nəfərlik yeni parlamentdə hökumət başçısı Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası 71 mandatla təmsil olunur. Robert Koçaryanın, “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalarının birləşdiyi “Ermənistan” blokunun 29, Serj Sarkisyanın sədrlik etdiyi “Ermənistan Respublikaçılar” partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Vətən” partiyası ilə birləşdirən “Şərəfim var” blokunun isə 7 mandatı var.

Ermənistan mediası yazır ki, seçkilərin keçirilməsi məğlub ölkədə siyasi sabitliyin təmin olunmasına gətirib çıxarmayıb, vəziyyətin müsbət istiqamətdə dəyişməsinə təsir etməyib. Mövcud olan vəziyyəti dəyərləndirən Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib ki, bundan sonra Ermənistan üçün daha çətin olacaq. Aşotyanın sözlərinə görə, parlament seçkiləri ölkə üçün vəziyyətdən çıxış yolu deyil, əksinə, Ermənistanda daha bir ağır dövrün başlanğıcıdır: “Məqsədlər fərqli idi və bunlardan biri yenilənmiş legitim mandata malik hakimiyyətin formalaşmasına sahib olmaq idi. Bu seçkilər Ermənistan Respublikasının siyasi gələcəyi ilə əlaqəli olan heç bir məsələni həll etmədi”.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM