20 Iyun 2021 18:25
922
DÜNYA
A- A+

Ermənistanda erkən parlament seçkilərində ciddi qanun pozuntuları qeydə alınır

 

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntuları qeydə alınır.

AZƏRTAC xəbər verir ki, Ermənistan KİV-lərində və sosial şəbəkə hesablarında çoxlu sayda qanun pozuntularının qeydə alınmasına dair faktların olduğu bildirilir. Bildirilir ki, əksər məntəqələrdə seçki qutularına çoxlu sayda bülletenin bir nəfər tərəfindən atılması halları qeydə alınıb. Eyni zamanda, sosial şəbəkələrdə erməni əsgərlərə hakim partiyaya səsvermələrinə dair tapşırıqların verilməsi ilə bağlı da müəyyən faktların olduğu bildirilir.

Ermənistanın Baş Prokurorluğu da bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusunun qeydə alınması barədə məlumat yayıb. Prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib ki, qanun pozuntularından 26-sı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb.

Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib.

“Ermənistan” bloku isə qanun pozuntuları ilə bağlı bəyanat yayıb. Bəyanatda indiyədək Ermənistan tarixində seçki prosesində heç vaxt belə həcmdə pozuntunun qeydə alınmadığı ifadə edilib.

Hazırkı mənzərə onu deməyə əsas verir ki, nəticədən asılı olmayaraq seçkilər bitdikdən sonra Ermənistanda vəziyyət daha da gərgin olacaq. Ölkədə seçki saxtakarlıqlarına dair etirazlar və kütləvi nümayişlər də qaçılmaz olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video