27 Dekabr 2011 02:12
352
SİYASƏT
A- A+

Ermənistanda 10 uşaqdan 4-ü yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır

 

Ermənistanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin 2011-ci ilin yekunlarına dair hesabatında deyilir ki, bu ölkənin üç əsas problemindən heç biri öz həllini tapmamışdır.

"Armenia today" saytı mərkəzin rəsmi nümayəndəsinə istinadla yaydığı məlumatlarda deyilir ki, Ermənistanda keçirilmiş prezident seçkilərinə etiraz edən xalq 2008-ci il martın 1-də zorakılığa məruz qalmışdır. Hakimiyyəti zəbt edənlər bu gün quldurluq yolu ilə o qədər varlanıblar ki, dövlət onlardan qorxur.

Xarici siyasətdə də heç bir irəliləyiş olmamışdır. "Qüdrətli" erməni diasporunun artıq əvvəlki kimi bu və ya digər ölkənin parlamentində sözləri keçmir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi halda Ermənistan bu təşkilatda müzakirəyə heç bir məsələ çıxara bilmir.

Ermənistanın iqtisadiyyatı isə olduqca ağır vəziyyətdədir. Əhalinin 36 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Bu isə 1 milyon 200 min nəfər deməkdir. Nəzərə alsaq ki, məhz bu qədər də adam ölkəni tərk etmişdir, onda ölkə əhalisinin hamısının yoxsulluq hədindən aşağı səviyyədə yaşadığı aydın olur. Rəsmi statistikaya görə, uşaqların 40 faizi (hər 10 uşaqdan 4-ü) yoxsulluq içində yaşayır. Bu məsələ hakimiyyəti ciddi düşündürməlidir. Lakin hakimiyyət nümayəndələri öz bizneslərini inkişaf etdirməyi daha üstün tuturlar. Məsələn, Gümrü əhalisi hələ də zəlzələnin nəticələrini aradan qaldıra bilmədikləri halda bu şəhərin meri özü üçün otellər və istirahət mərkəzləri tikdirir. Diasporun nümayəndəsi Narek Arutünyan rüşvətlə hakimiyyət nümayəndələrini ələ alaraq böyük bizneslə məşğul olur. Artıq diaspor Ermənistandan fayda götürdükdə onu müdafiə edir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video