20:27 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistan ordusunun üç zabiti yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb
ANA SƏHİFƏ / DÜNYA
23:05 28.07.2021

 

Ermənistan silahlı qüvvələrinin üç zabiti yol-nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC bu ölkə KİV-inə istinadla xəbər verir ki, yayılan məlumatlarda zabitlərin xəsarət alması faktının ictimaiyyətdən gizlədilməsinə çalışıldığı bildirilir. Rəhbərlik tərəfindən faktın ört-basdır edilməsi narazılığa səbəbə olduğundan, qəza barədə zabitlərin qohumları və hadisənin şahidləri sosial şəbəkələrdə paylaşımlar ediblər.

Məlumatda bildirilir ki, avtomobil qəzası nəticəsində yaralanan hərbi hissənin qərargah rəisi və komandirin texnika üzrə müavini ağır vəziyyətdə hospitala çatdırılıblar. Üçüncü hərbi qulluqçu isə müayinədən sonra evə buraxılıb.

Hadisənin şahidləri bildiriblər ki, qəzaya uğrayan avtomobil tam yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılsa da, xəsarət alan hərbçilərin vəziyyəti barədə heç bir rəsmi aşıqlama verilmir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM