14 May 2021 12:30
1173
SİYASƏT
A- A+

Ermənistan “müharibə əsiri” isterikası ilə beynəlxalq ictimai fikri 4000 azərbaycanlı itkin mövzusundan yayındırmağa çalışır

 

Azərbaycan müharibə əsirlərinin mübadiləsi sahəsində öhdəliklərini tam yerinə yetirib. Eyni zamanda, müharibədən sonra Azərbaycan əsgər və zabitlərinin yardımı sayəsində 1500 erməni əsgərinin cəsədi tapılaraq, Yerevana göndərilib. Erməni əsgərlərinin cəsədlərinin axtarışı zamanı Azərbaycan zabitləri Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın yerləşdirdiyi minaya düşərək həlak olublar. Ermənistan bu sahədə danışmağa mənəvi haqqı çatmır.

“Müharibə əsiri” adlandırılanlar isə təxribatçı, terrorist qrupun üzvləridir. Onlar müharibə bitdikdən sonra Qarabağ ərazisində 4 azərbaycanlı hərbçini və bir mülki sakini qətlə yetiriblər. Bu cinayətkarlar ədalət məhkəməsi qarşısında törətdikləri cinayətə görə cavab verməlidirlər.

Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşüb. Ermənistan bu insanların taleyi haqqında məlumat verməkdən israrla imtina edir. Qondarma “müharibə əsirləri” ilə bağlı Ermənistanın isterikası beynəlxalq ictimai fikri bu mövzudan uzaqlaşdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev RFİ radiosuna müsahibəsində deyib.

Həmçinin səfir Kəlbəcər rayonu azad edildikdən sonra Başlıbel kəndində erməni silahlı qüvvələrinin törətdiyi kütləvi qırğından, eləcə də qətlə yetirilən azərbaycanlı mülki sakinlərdən - uşaq, qadın və ahıllardan danışıb.

Səfir jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı sualına cavab verərək bildirib ki, bu səfər qardaşlıq, həmrəylik, xüsusilə də sülh mesajıdır. Səfir Azərbaycanın azad edilmiş ərazilərində başlamış yenidənqurma işlərindən də söz açaraq, səfərin bu kontekstdə təşkil olunduğunu bildirib. Qeyd edib ki, Türkiyə şirkətləri bölgədə yenidənqurma işlərində, xüsusilə də ərazilərin minalardan təmizlənməsində yaxından iştirak edir. Vurğulayıb ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Ermənistanın yerləşdirdiyi minalardan artıq 20 mülki sakinin həlak olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün azərbaycanlı, türk və rus mütəxəssislər ərazilərin minalardan təmizlənməsində birgə səy göstərirlər. Səfir bölgədəki vəziyyətlə bağlı da məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video