04:49 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistan dövlətçiliyini itirir

ANA SƏHİFƏ / SİYASƏT
00:59 30.07.2021

 

Səbəbi ölkənin təhsil sisteminin də çökməsidir

 

Son illər Ermənistanda çoxsaylı mövcud problemlərə daha biri əlavə olunmuşdur. Bu, təhsilin keyfiyyəti ilə bağlıdır. Cari il ölkənin ali məktəblərində 15 min yer boş qalmışdır.

Bu barədə məlumat verən Qiymətləndirmə və Testləşdirmə Mərkəzinin direktor müavini Karo Nəsibyan bildirir ki, ötən il həmin göstərici 12250 yer olmuşdur. Ekspertlər hesab edirlər ki, bu sahədə köklü dəyişikliklər olmasa, təhsil sistemi uçuruma yuvarlanacaq.

Təhsil sahəsinin mütəxəssisi Atom Mxitaryanın fikrincə, ölkədə yaranmış bu acınacaqlı vəziyyətin səbəblərindən biri daha çox müdavimin qeyri-məqbul qiymətlər almasıdır. İkinci amil isə cari ilin əvvəlindən - sərhədlərin açıldığı vaxtdan bəri sürətlənən emiqrasiyadır. O həmçinin bildirmişdir ki, koronavirus pandemiyası və onunla əlaqəli fəsadlar, məsələn, distant təhsillə bağlı eksperimentlər də bu sahədə vəziyyətin pisləşməsinə gətirib çıxarmışdır. Bəzilərinin dediyi kimi, abituriyentlər əlavə olaraq özəl repetitorlarla çalışsa da, ümumi təhsil sahəsindəki xaos imtahanların nəticələrində birbaşa əks edilmişdir.

Mütəxəssis ali məktəblərdə yaranmış dəhşətli kəsir məsələsinə təsir edən daha bir səbəbi açıqlamışdır. Söhbət “bir ali məktəb-bir ixtisas” formatından gedir. Əgər əvvəllər müdavimlər müxtəlif ali məktəblərdə bir neçə ixtisas seçmək imkanına malik idisə, 2021-ci ildə onlara bu şans yaradılmayıb. Faktiki olaraq hətta nisbətən yüksək bal toplamış abituriyent cari sistemlə universitetdən kənarda qala bilir.

Bunlardan əlavə daha bir problem mövcuddur: vilayət universitetlərindəki kəsir regionun özünün inkişafına təsir edir. Çünki indiki halda daha çox vilayətlərdən gələn abituriyentlər təhsildən kənarda qalırlar. Ekspertlərin fikrincə, bunu aradan qaldırmaq üçün ilk olaraq dövlət sifarişi üzrə yerlər ayrılmalıdır. Digər tərəfdən dövlət bu və ya digər vilayət üçün prioritet təşkil edən ixtisasları 100 faiz maliyyələşdirməlidir. Hər bir halda vəziyyəti ancaq effektiv dövlət siyasəti düzəldə bilər. Amma bu gün böhran içində olan Ermənistan dövləti çətin ki, bunu bacarsın. Üstəlik ekspertin vurğuladığı kimi, Ermənistanda təhsil kritik vəziyyətdədir, başqa sözlə, “can verir”.

Ümumiyyətlə, ölkədəki təhsil mütəxəssislərinin fikrincə, qısa zamanda radikal tədbirlər görülməsə, bu sahə total iflasa uğrayacaq. Ermənistan faktiki olaraq bütöv bir nəsli itirir. Bu isə o deməkdir ki, sonradan ölkədə düşünə bilən adam qalmayacaq. Hətta Atom  Mxitaryanın dediyi kimi,  yaranmış vəziyyət nəticəsində dövlətçilik itirilə bilər, çünki təhsil onun özülüdür: “Əgər biz təhsil sistemini dağıdırıqsa, bununla dövlətçiliyin əsaslarına zərbə endiririk. Vəziyyət həqiqətən təhlükəlidir və ilk növbədə, kadr siyasəti barədə ciddi düşünmək lazımdır. Təhsil sahəsində qərarlar qəbul edən adamlar bu sahədəki proseslərdən baş çıxarmalıdırlar”.

Bu məsələdə erməni ekspertləri ilə razılaşmamaq mümkün deyil. Həqiqətən normal təhsil sistemi olmayan ölkənin gələcəyi yoxdur. Sağlam düşüncəli adamlar isə hazırda Ermənistana hava və su kimi lazımdır. Lakin ekspertlər bir məsələni unudurlar ki, Ermənistan başdan-ayağa problem içindədir və mövcud təhlükələr təkcə təhsil sahəsi ilə bağlı deyil.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM