23 Aprel 2021 12:46
643
DÜNYA
A- A+

Ermənistan Baş Prokurorluğu qarşısında gərginlik davam edir

 

Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası davam edir. Aprelin 22-də axşam saatlarında polis əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşmalar olub.

AZƏRTAC xəbər verir ki, toqquşma nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.

Polis 14 nəfər aksiya iştirakçısını saxlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşları Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı sabiq baş katibi və Ermənistanın keçmiş baş qərargah rəisi Yuri Xaçaturvun oğlu İqor Xaçaturovu da həbs etdikdən sonra vəziyyət daha da gərginləşib.

Onlar baş prokurorla görüşmək istəsələr də buna nail ola bilməyiblər. Baş prokurorun məzuniyyətdə olduğu bildirilib.

Aksiya iştirakçıları Baş Prokurorluğun binasına yumurta, dəmir əşyalar və boş su şüşələri atıblar.

Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.

Qeyd edək ki, aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video