16:44 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ənənəvi tədrisin davamlı olması da vaksinasiyadan asılıdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:49 19.09.2021

 

Payız aylarında koronavirusa yoluxmanın daha da artacağı barədə cəmiyyətdə narahat fikirlər var. Yaranmış suallardan biri də məktəblərdə dərslər başlayandan sonra vəziyyətin necə olacağıdır. Qeyd edək ki, sentyabrın 22-dən etibarən ilk olaraq ibtidai siniflər, sentyabrın 29-dan isə V-XI siniflər əyani tədrisə başlayacaq.

Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir. Təhsil naziri Emin Əmrullayev söyləyib ki, ənənəvi tədrisin davamlı olması üçün vaksin vurdurmalıyıq. Hamının ənənəvi tədrisin bərpasını sevinclə qarşıladığını qeyd edən nazir məktəblərin hansı hallarda bağlanması məsələsinə münasibət bildirib: “Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq, ənənəvi dərslər o qədər davamlı olar”.

 

Valideynlərdən COVID pasportu tələb edilməyəcək, amma...

 

Təhsil Nazirliyi ölkə üzrə 85 faizə yaxın təhsil işçisinin peyvənd olunduğunu açıqlayıb. Hazırda müəllimlərin vaksinasiya prosesinin davam etdirildiyi bildirilib: “Artıq ölkə üzrə 85 faizə yaxın təhsil işçisi peyvənd olunub. Bakı şəhəri üzrə bu rəqəm 90 faizdən artıqdır. Abşeron rayonu və Gəncə şəhəri üzrə isə 95 faizə yaxın təhsil işçisi peyvənd olunub”. Əks-göstəriş sertifikatı və immunitet sertifikatı olan təhsil işçiləri də məktəblərə buraxılacaq.

Hər bir məktəbdə vaksinasiya 80 faizə çatdıqdan sonra tədris əyani formaya keçir. Artıq bu proses 80 faizə çatıb. Amma bu rəqəmlə də kifayətlənmək olmaz.

Bəzi təhsil ocaqlarında sıxlığın yaranması məsələsinə aydınlıq gətirən təhsil naziri ölkəmizdə valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququnun verildiyini diqqətə çatdırıb: “Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemdə görür və birinci seçim edən şəxs yeri götürür. Yerlər dolduqdan sonra həmin məktəbdə valideyn yer tapa bilmir və bu da narazılığa səbəb olur. Təbii ki, hər bir məktəbin müəyyən sayda tutum yeri var və o, bitdiyi üçün yer tapmaq olmur. Buna görə də valideynlər başqa məktəbdə övladının təhsili üçün seçim edə bilərlər. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəblərdə yerlər var”. Əhalinin daha sıx yaşadığı ərazilərdə fəaliyyət göstərən məktəblərdə siniflərdə çox uşaq olduğu da bildirilir. Bunlar obyektiv səbəblərdir. Hər bir uşağın təhsil almaq hüququ var.

Cəmiyyətdə maraq göstərilən suallardan biri də valideynlərdən

COVID pasportunun tələb olunub-olunmayacağı ilə bağlı idi. Qeyd edək ki, 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə bu sual cavablandırıldı və belə bir tələbin olmadığı söylənildi.

 

ÜST və UNICEF də Azərbaycanda məktəbləri açmağı tövsiyə edib

 

Xatırladaq ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF yüksək təhlükəsizlik tədbirlərini təmin etməklə Azərbaycanda məktəbləri açmağı tövsiyə edib. Bu barədə iki təşkilatın Azərbaycandakı nümayəndəliklərinin birgə məlumatında bildirilib.

“ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir”, - deyə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı diqqətə çatdırıb. O, peyvəndlənmənin “Delta” ştammı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biri olduğunu vurğulayıb. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi sayəsində məktəblərin daha təhlükəsiz məkan olacağını söyləyib.

İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşadığımızı və məktəblərin təhlükəsiz şəkildə yenidən açılmasının ümdə prioritetə çevrildiyini nəzərə çatdıran ÜST nümayəndəsi bildirib: “Məktəblərin qapanması uzunmüddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik”.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens isə qeyd edib ki, pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, tədris müəssisələrinin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi: “Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidir”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM