02 Avqust 2012 12:08
471
Səhiyyə
A- A+

Ən yüngül stress belə ölümcül təhlükəlidir

 

Britaniya alimlərinin akademik araşdırma sonucu gəldikləri nəticəyə görə, adətən mütəxəssislərin - psixoterapevtlərin diqqətini çəkməyən minimal stress pasientlər arasında  ölüm riskini yüksəldir.

Tədqiqat London Universiteti Kollecinin və Edinburq Universitetinin təmsilçilərindən ibarət araşdırma qrupu tərəfindən həyata keçirilib. Bu qrup yaşları 35-dən yuxarı 68 min nəfərin 1994-2004-cü illəri əhatə edən sağlamlıq tarixçəsinin analizini aparıb. Alimlər müəyyənləşdiriblər ki, insanlar müxtəlif səbəblərdən - fərqli xəstəliklərdən dünyalarını dəyişsələr də, əsas təkanverici amil stress olub.  Ölüm hallarının daha çox siqaret çəkən və ya alkoqol qəbul edənlər deyil, stress, sarsıntı keçirənlər arasında daha yüksək olduğu öyrənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video