18 Dekabr 2019 01:54
1657
SİYASƏT
A- A+

Ən güclülər sırasındakı ən islahatçı ölkə


Azərbaycanın qüdrətli dövlətlər arasında qərarlaşmasının ABŞ tərəfindən elan olunması Prezident İlham Əliyevin tam müstəqil siyasətinə verilən növbəti yüksək dəyərdir


Dayanıqlı inkişaf və tərəqqi yolu, yüksələn reytinq və qazanılan iqtisadi-siyasi dividendlər, sistemli islahatlar və onun uğurlu nəticələri...

Bütün bunlar həm geoiqtisadi, həm də geosiyasi mövqelərini daim möhkəmləndirən Azərbaycanın əldə etdiyi müsbət göstəricilər, reallıqlardır. Əlbəttə ki, bu uğurları yalnız biz yox, beynəlxalq iqtisadi forumların, reytinq təşkilatlarının hesabatları da təsdiqləyir.

Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı”, Dünya Bankının "Doing Business”, "Moody's”, "Standard & Poor's”, "Fitch Ratings”, ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin "İqtisadi Azadlıq İndeksi”, ABŞ-ın "U.S.News & World Report” jurnalının hazırladıqları hesabatlarda, reytinq siyahılarında Azərbaycan, demək olar ki, hər il yüksəlişdədir.

Təbii ki, Azərbaycanın yüksək mövqelərdə qərarlaşması hər hansı reytinqlə bağlı deyil. Reytinq və hesabatlarda ölkəmizin mühüm yer tutması sadəcə bu gün Azərbaycana xaricdən baxışın necə olduğunun göstəricisidir.

Bu günlərdə Amerikanın "U.S.News & World Report” jurnalında dərc edilən dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın 80 ölkə arasında 45-ci yerdə qərarlaşması da növbəti uğurumuzdur. Əlbəttə ki, Cənubi Qafqazın lider dövlətinin ən güclü ölkələrin reytinqində bu mövqedə qərarlaşmasının təməlində də ölkənin inkişafı dayanır. Bu siyasətin müəllifi isə ən islahatçı Prezident adlandırılan cənab İlham Əliyevdir.

ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilən reytinq siyahısı Pensilvaniya Universitetinin "BAV Group and Wharton School” qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

İqtisadi vəziyyətə nəzər yetirdikdə görərik ki, son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Azərbaycan hərbi qüdrətinə görə də dünyanın ən güclü ordularından birinə sahibdir. Ordumuz dünyanın 50 ən güclü silahlı birləşmələri sırasındadır.

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət Azərbaycanı dünya birliyinin etibarlı tərəfdaşına çevirib. BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədrliyi, Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlər Birliyinə sədrlik, Avrasiyanın enerji, nəqliyyat, tranzit və logistika mərkəzinə çevrilməsi Azərbaycanı dünyada söz sahibi edib.

Göründüyü kimi, bütün bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial siyasətinin bəhrəsidir və reytinq sıralaması da bu siyasətə verilən nöbvəti beynəlxalq dəyərdir.

Azərbaycanın 3 ildə bu reytinq cədvəlində 24 pillə irəliləməsi də böyük uğurdur. "U.S.News & World Report” jurnalında 2017-ci ildə açıqlanan reytinqdə Azərbaycan 69-cu, 2018-ci ildə isə 5 pillə irəliləyərək 64-cü olmuşdu. Bu il isə ölkəmiz 19 pillə yüksəlib. Siyahıda ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Əlbəttə ki, bu siyahıda 80 ölkədən biri olmağın özü də bir uğurdur. Çünki onlar 200-ə yaxın ölkənin içindən seçilmiş ən nüfuzlulardır. Qonşularımız Gürcüstanla Ermənistan heç bu cədvələ salınmayıblar.

Dənizlərə birbaşa çıxışı olmayan, ərazisi kiçik bir ölkənin Avrasiyadakı mövqeyini dünya görür və qiymətləndirir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatlar hər il yeni rekordlarla yadda qalır.

Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi də cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi sosial-iqtisadi, struktur və kadr islahatlarının nəticəsidir. Dünya Bankının hər il hazırladığı hesabat biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Azərbaycanın uğurları isə cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, dərin iqtisadi islahatlarına verilən beynəlxalq qiymət olmaqla bərabər reallığa çevrilən yeniliklərin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının əyani təzahürüdür.

Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin davamlı islahatları ilə Azərbaycan növbəti reytinq hesabatlarında mövqeyini daha da yaxşılaşdıracaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video