02:50 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ən bahalı maddə antimateriyadır
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:05 26.05.2013

 

Maddələrin  dəyəri onların miqdarının məhdudluğu və əldə olunma üsulu  ilə birbaşa əlaqəlidir - az olan və çətin ərsəyə gələn maddi varlıq daha baha olur.

Dünyanın ən bahalı maddələri sırasında zəfəran da var: bir qramı 11 dollardan yüksəkdir. Qızılın qramı təxminən 57 dollardır. Rodium qızıldan 2 dollar bahadır və platinlə eyni qiymətədir. Kərgədan  buynuzunun qramı 110 dollardır. Plutoniumun qramı 4000 dollardır və baha olmaqla bərabər həm də təhlükəli ağır elementdir. Dünyanın ən nadir mineralı - peynitin  qramı 9000 dollardır.

Almazdan daha az tapılan, çox nadir mineral -  taaffeitin bir qramının qiyməti tərkibindən asılı olaraq  2 min 500-dən 20 min dollaradək dəyişir. Hidrogenin ağır radioaktiv izotopu olan tritiumun bir qramı 30 min dollara başa gəlir.

Brilyant ən bahalı üç maddədən biridir, bir qramının qiyməti 55 min dollardır. Heç bir praktik tətbiq sahəsi olmayan kalifornium elementi  isə fantastik qiymətədir: qramı 27 milyon dollardır.

Amma bundan da yüksək, ağlasığmaz  qiymətdə maddə var. Bu, varlığı nəzəri cəhətdən təsdiqlənən, laboratoriya şəraitində eksperimental yolla son dərəcə qısa müddətə sintezlə alınan müəmmalı antimateriyadır. Əslində  mövcud real şəraitdə olmayan antimateriya  bir qramına 62 trilyon dollar qiymət "biçilib". Cəmi bir stəkan antimateriya dünyaya hökmranlıq etməyə yetər.  Bunun üçünsə,  sadəcə anti-materiyanı real olaraq sintez edib "tutub" saxlamağa imkan verən texnologiya icad etmək lazımdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM