26 Sentyabr 2018 12:36
887
CƏMİYYƏT
A- A+

Ən az idman belə hafizənin möhkəmlənməsinə kömək edə bilər


Yoqa və ya buna bənzər idman növü ilə məşğul olmaq hafizəni gücləndirir.
Kaliforniya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, idman yaddaşın formalaşması və qorunmasına cavabdeh beyin hissəcikləri arasındakı neyronların güclənməsinə səbəb ola bilər.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, mütəxəssislər 36 könüllünün 10 dəqiqə yüngül idmanla məşğul olduqdan sonra maqnit-rezonans tomoqramma vasitəsilə beyin fəaliyyətini öyrəniblər. Araşdırmaların əsasən beyində yeni neyronların və əsəb hüceyrələrin əmələ gəlmə prosesini öyrənməyə yönəlik aparıldığına baxmayaraq, bu mümkün olmayıb. Belə ki, alimlərin fikrincə beyində neyronların öyrənilməsi üçün 10 dəqiqə idman kifayət etmir. Lakin, buna baxmayaraq tədqiqatlar böyük beyin qabığının hafizə ilə bağlı bəzi hissələrini açıq-aydın müşahidə etməyə kömək olub.
Aparılan testlər idmanın hafizənin gücləndirilməsinə müsbət təsir göstərdiyini təsdiq edib.
Mütəxəssislər bildiriblər ki, əla nəticə əldə etmək üçün hər gün mütəmadi olaraq idmanla məşğul olmaq vacibdir. Yoqa və ya pilateslə məşğul olmasanız belə gündəlik gəzinti də bu istiqamətdə səmərəli ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video