22 Sentyabr 2021 12:53
932
Təhsil
A- A+

Emin Əmrullayev Gəncədə təhsil müəssisələrinin açılışında iştirak edib

 

Təhsil naziri Emin Əmrullayev orta məktəblərdə yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 22-də Gəncə şəhərində İnternat tipli Xarici Dillər Təmayüllü Gimnaziyanın və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək “STEAM” Mərkəzinin açılışında iştirak edib.

Əvvəlcə nazir ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev, şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və digər şəxslərlə birgə Xarici Dillər Təmayüllü Gimnaziyada yaradılan şəraitlə tanış olub.

Qeyd edilib ki, gimnaziyada 2021-2022-ci tədris ilində 623 şagird təhsil alacaq.

Yeni istifadəyə verilən 674 şagird yerlik gimnaziya 30 sinif otağı, 140 nəfərlik yeməkxana, 288 nəfərlik akt zalı, kitabxana, 2 texnologiya, 2 informatika, 3 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabineti və idman zalından ibarətdir. Gimnaziyada təhsil alıb yaşayacaq şagirdlər üçün ikimərtəbəli yataqxana da inşa edilib. Yataqxanada 19 yataq otağı, 1 şahmat, 4 oyun, 2 məşğələ otağı var.

Sonra qonaqlar Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək “STEAM” Mərkəzində olublar. Məlumat verilib ki, burada uşaqların müxtəlif elmi təcrübələri həyata keçirməsi, yeni texnoloji avadanlıqlardan istifadəni öyrənmələri üçün bütün zəruri şərait yaradılıb.

Emin Əmrullayev jurnalistlərə müsahibəsində məktəblərin əyani qaydada tədrisə başlaması münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edib. Bildirib ki, bu il şagirdlərimiz uzun illərdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkənin vətəndaşları kimi tədrisə başlayır və hər kəs bunun sevincini yaşayır. “İl sonuna kimi 88 təhsil müəssisəsinin bərpası və yenidən qurulması nəzərdə tutulub. Həmçinin, Quba, Şirvan, Gəncədə “STEAM” mərkəzlərini istifadəyə vermişik. Bu günlərdə Bərdə, Sabirabad, İsmayıllı, Ağdaş rayonlarında da yeni mərkəzlər istifadəyə veriləcək. Ümumiyyətlə yaxın gələcəkdə 15 belə mərkəzin istifadəyə verilməsi planlaşdırılır,” - deyə E.Əmrullayev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video