15 Sentyabr 2011 12:09
408
İQTİSADİYYAT
A- A+

Əməkhaqqının artımı inflyasiyanın səviyyəsini üstələyib

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il iyul ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 367,5 min nəfər olub.

Onların 856,9 min nəfəri iqtisadiyyatın dövlət, 510,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 25,1 faizi təhsildə, 19,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 11,9 faizi sənayedə, 10 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 4 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 11,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar. Muzdlu əsaslarla çalışan işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində cəmləşib.

Cari ilin yanvar-iyul aylarında muzdlu işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 353,7 manat təşkil edib. Əməkhaqlarının artımı inflyasiya səviyyəsini üstələyib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində, tikintidə orta aylıq əməkhaqqı daha yüksək olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video