29 Dekabr 2011 01:12
418
İQTİSADİYYAT
A- A+

Əmək şəraiti təhlükəsizlik normalarına uyğunlaşdırılır

 

"Azneft" İstehsalat Birliyində əməyin mühafizəsi, texniki təhlükəsizlik tələblərinə əməl olunması, işçilərin istehsalat normalarına uyğun sanitar-məişət otaqları, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsi məsələləri daim diqqət mərkəzindədir.

Birlik üzrə təsdiq edilmiş qarşılıqlı təlimatlandırma qrafiklərinə uyğun struktur bölmələrinin baş mühəndisləri və ƏMTT üzrə baş mühəndis müavinləri ayrı-ayrı müəssisələrdə texniki təhlükəsizlik qaydalarına uyğun mövzularda mütəmadi olaraq təlimatlandırma və maarifləndirmə işləri aparılır. Hazırda "28 May", "Neft Daşları", "Siyəzənneft", "Bibiheybətneft", "Abşeronneft", Ə.Əmirov adına, N.Nərimanov adına, Z.Tağıyev adına Neft və Qazçıxarma idarələrində, Muradxanlı və Qaraçuxur İriləşdirilmiş Neft mədənlərində, Nəqliyyat Departamentində, Qobustan Nəqliyyat Idarəsində və Bibiheybət İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində işçilərin bilik səviyyəsinin artırılması istiqamətində xüsusi tədbirlər görülür, treninq və seminarlar keçirilir. "Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi" və "Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları"nın mükəmməl öyrənilməsinə, daxili əmək intizamı və istehsalat sanitariyası qaydaları haqqında maarifləndirici tədbirlərə üstünlük verilir. Təlimlər zamanı texniki detallar əyani vəsaitlərlə nümayiş etdirilir, neft-qaz sənayesində təhlükəsizlik və davranış qaydaları təbliğ olunur, əməkdaşların müvafiq istehsalat vərdişlərinə yiyələnmələri üçün müasir texnologiyalardan istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video