16:22 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib
ANA SƏHİFƏ / PARLAMENT
17:59 02.08.2021

 

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.

Eldar İbrahimov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün təqdimat göndərib. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, təqdimata İntizam komissiyasında baxılmalıdır.

Qeyd olunub ki, Milli Məclisin deputatı Eldəniz Səlimovla bağlı material Baş Prokurorluqda araşdırılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Konstitusiyaya əsasən, deputatın şəxsiyyəti toxunulmazdır. Ona görə də Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi zərurəti yaranıb.

İclasda çıxış edən deputat Eldəniz Səlimov hadisə üzrə təqsirli olduğunu və peşmançılıq hissi keçirdiyini bildirib.

Tədbirdə İntizam komissiyasının üzvləri Fəzail Ağamalı, Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və komissiyanın katibi Nurlan Həsənovun fikirləri dinlənildikdən sonra Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ parlamentin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Bununla da Milli Məclisin İntizam komissiyasının iclası başa çatıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM