20 Oktyabr 2021 22:12
793
CƏMİYYƏT
A- A+

Eldar Quliyev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu Ermənistan ordusu haqqındakı mifi darmadağın etdi

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu Ermənistan ordusu haqqındakı mifi darmadağın etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Şuranın oktyabrın 20-də keçirilən iclasında söyləyib.

8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbirdə, həmçinin Şura sədrinin birinci müavini, deputat Əhliman Əmiraslanov, müavinlər - deputat Eldar İbrahimov, Elmira Süleymanova, Bayram Yusifov, Vahid Novruzov, Tahir Süleymanov, İdarə Heyətinin üzvləri deputat Ziyad Səmədzadə və Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlınski, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası İzzət Rüstəmov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif Hümbətov və Bakı şəhərinin digər rayonlarının təşkilat sədrləri, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli və Böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev iştirak ediblər.

İclasda Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Eldar Quliyev otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində azad edildiyini bir daha böyük fəxrlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu Ermənistan ordusu haqqındakı mifi darmadağın etdi və haqq-ədalət uğrunda aparılan 44 günlük Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. Xalqımızın tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi yüzlərlə şəhidimizin qanı ilə yazılan bu Zəfər bizim və gələcək nəslin əbədi rəşadət rəmzi, and yeri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü”nün bütün xalqımız kimi, ağsaqqallarımız tərəfindən də yüksək səviyyədə qeyd edildiyini vurğulayan Şuranın sədri Eldar Quliyev şəhidlərimizə və qazilərimizə hər zaman borclu olduğumuzu və onların qarşısında böyük ehtiramla baş əydiyimizi bildirib. Sonra o əlavə edib ki, hər bir vətəndaş kimi, biz ağsaqqallar da daşıdığımız məsuliyyət və vəzifə çərçivəsində gənclərimizin qəhrəmanlarımız kimi mərdliklə, cəsarətlə, sağlam əsaslar üzərində tərbiyə edilməsində əlimizdən gələni əsirgəməməliyik. Öyüd və nəsihətlərimizlə, təbliğat və təşviqatımızla bu şərəfli tariximizi və bu rəşadətli, ölümsüz qəhrəmanlarımızı gənc nəslin qan yaddaşına əbədi həkk etməliyik.

Eldar Quliyev qeyd edib ki, xalqımız 18 gündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən üzərində böyük Qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edildiyi günü – Zəfər Gününü ən əziz bayramlardan biri kimi yüksək təntənə və fəxrlə qeyd edəcək.

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, düşmənin məhv edilməsindən, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasından qürur hissi ilə bəhs edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat Əhliman Əmiraslanov öz çıxışında vurğulayıb ki, ölkəmizin, o cümlədən şəhər və rayonların mədəni-ictimai həyatında mühüm rol oynayan ağsaqqallar da həm 44 günlük Vətən müharibəsində, həm də hazırkı pandemiya dövründə əhaliyə mənəvi dəstək olublar. O, həmçinin qeyd edib ki, dövlətimizin hər zaman yüksək səviyyədə qayğı ilə əhatə etdiyi gənc nəslə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri tərəfindən də alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq sağlam həyat tərzi, idman və düzgün yaşam fəlsəfəsi təbliğ olunmalıdır. Bir sözlə, biz hər sahədə dövlətə dəstək olmalı, həm fiziki, həm də mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşması üçün böyük səylər göstərməliyik.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, deputat Eldar İbrahimov çıxış edərək böyük Qələbə ilə başa çatan Vətən müharibəsindən danışıb və hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Natiq vurğulayıb ki, bu ilin yanvar-iyun aylarında respublikanın 76 rayon və şəhərində, o cümlədən Bakı şəhərinin rayonlarında ağsaqqallar şuralarının konfransları keçirilib, yeni Əsasnamələr qəbul edilib, yeni tərkib formalaşdırılıb. Hazırda həmin şəhər, rayonlarda yerli təşkilatlar pandemiya şəraitini nəzərə almaqla öz işlərini uğurla davam etdirirlər. Eldar İbrahimov, həmçinin qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük vüsətlə quruculuq işləri gedir və Azərbaycan Ağsaqqallar Şurası tezliklə həmin ərazilərdə də öz yerli təşkilatlarının fəaliyyətini bərpa edəcək. O, əmin olduğunu bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin rəhbərliyi altında təşkilat bundan sonra da daha intensiv şəkildə fəaliyyət göstərəcək.

Daha sonra çıxış edən Bakı şəhəri rayonlarının Ağsaqqallar Şuralarının sədrləri Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında tarix yazan qəhrəman Azərbaycan Ordusunun misilsiz şücaətlərindən söhbət açaraq şəhidlərimizin xatirəsinin müqəddəs olduğunu, onları heç vaxt unutmayacağımızı qeyd ediblər. Diqqətə çatdırıblar ki, rayon və şəhərlərdə nəinki bu möhtəşəm Zəfər Günü ərəfəsində, digər günlərdə də şəhid ailələri və qazilərlə görüşlər keçirilir, qarşılaşdıqları problemlərlə maraqlanılır və onların aradan qaldırılmasında köməklik göstərilir. Vurğulanıb ki, dövlətimiz əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqları heç vaxt unutmur, şəhid ailələrinin və qazilərimizin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, lakin biz ağsaqqallar da digər sahələrdə olduğu kimi, bu işlərdə də əlimizdən gələni əsirgəməməliyik.

İclasda, həmçinin tədbir iştirakçıları tərəfindən bəzi təşkilati məsələlər, qarşıda duran vəzifələr müzakirə edilib. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev rayon sədrlərinə yeni vəsiqələrini təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video