02 Sentyabr 2021 14:40
825
Mədəniyyət
A- A+

Əlcəzair portalı Prezident İlham Əliyevin Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirakından yazıb

 

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa şəhərində Vaqif Poeziya Günlərinin açılışında iştirakından yazıb.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı tədbirin açılışındakı çıxışında qədim mədəniyyət paytaxtı Şuşanın düşmən işğalından azad olunmasından, şəhərin dirçəldilməsindən, Heydər Əliyev Fondunun dahi şair Vaqifin vandal ermənilər tərəfindən dağıdılmış məqbərəsinin bərpasını öz üzərinə götürməsindən, Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” festivalının yenidən təşkilindən bəhs edib.

Materialda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak etdikləri də xatırladılıb.

Xəbərdə, həmçinin tədbirdən silsilə fotoşəkillər də yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video