31 Iyul 2021 00:42
1054
Elm və texnika
A- A+

Elastik ekranlı mobil telefonlar

 

Elastik ekranlı mobil telefonlar yaxın gələcək üçün ən çox proqnozlaşdırılan cihazlardan biridir. Hazırda  bir neçə şirkətin qatlana bilən telefonlar üzərində işlədiyini bilirik. Növbəti addımın elastik ekranlar olacağı düşünülür.

Telefonunuzu cibinizdən çıxardığınızı və ekranı böyütmək üçün hər iki küncdən çəkdiyinizi düşünün. İstifadə etdikdən sonra eyni şəkildə daraldıb cibinizə qoyursunuz. Belə bir texnologiyanın reallaşması üçün yalnız ekran deyil, içərisindəki komponentlər də uzanıb qısala bilməlidir. Bu, indi qeyri-real görünsə də, Miçiqan Universitetinin tədqiqatçıları uzanacaq elektronikanın gələcəyini düşünürlər.

Hologramlar elmi fantastika kainatının illərdir diqqət mərkəzində olduğu bir mövzu olmuşdur. Kanada universitetlərinin tədqiqatçıları “Holofleks” prototipi üzərində işləyirlər. “Holofleks”  həm holoqrafik, həm də elastikdir. O, istifadəçilərə ekranın əyilməsinə imkan verən bir texnologiyadır. Hələ inkişafda olan və dünyanın ilk holoqrafik, çevik smartfonu kimi kanadalı alimlər tərəfindən təqdim edilən “Holofleks” gələcəyin holoqrafik telefonlarının başlanğıcıdır.

“Holofleks”in ikinci bənzərsiz tərəfi 3D formatlı şəkil və videoları eynəksiz göstərməklə birlikdə eyni anda birdən çox istifadəçiyə proyeksiya edə bilən holoqrafik HD ekranına sahib olmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video