01:40 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransız jurnalistlər ermənilərin Qarabağda törətdikləri vandalizm aktlarından dəhşətə gəliblər
 

ANA SƏHİFƏ / CƏMİYYƏT
09:01 31.07.2021

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olan fransız jurnalist, tarixçi Alain Roumestand və fransız fotoqraf Gregory Herpen işğaldan azad olunmuş Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı onlar ermənilərin 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsində törətdikləri vəhşiliklərin, Oxçuçayın kütləvi şəkildə çirkləndirilməsinin şahidi olublar. Fransız qonaqlar müxtəlif KİV-ə müsahibələrində mövcud vəziyyətdən çox təsirləndiklərini bildiriblər.

Bakı şəhərindəki Azərbaycan–Fransız Universitetini (UFAZ), erməni kilsəsini və "Qobu-Park 3" yaşayış kompleksində fəaliyyət göstərən "Xarı Bülbül" mərkəzini ziyarət edən qonaqlar sosial şəbəkələrdə paylaşdıqları statuslarda Bakıya heyran olduqlarını, Azərbaycan paytaxtında böyük dəyişikliklərin baş verdiyini, Bakının qədimliklə müasirliyin qovuşduğu gözəl şəhərə çevrildiyini nəzərə çatdırıblar, ölkəmizdəki inkişaf proseslərinə diqqəti cəlb ediblər. Fransaya qayıtdıqdan sonra Azərbaycanda gördükləri inkişaf prosesləri, işğaldan azad olunan torpaqlarımızdakı mövcud vəziyyət barədə geniş məqalələrlə çıxış edəcəklərini vurğulayıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM