Əlahiddə Ümumqoşun Ordunun HHM birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib
Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib. Şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kompleks məşqə Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb.
Plana əsasən, zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmən zərbələrinin dəf edilməsi məşq etdirilib.
Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə şərti düşməni təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb olunub.
Pilotlar tərəfindən hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.
Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.
Düşmənin hava hücum vasitələri növbətçi qüvvələrin 1 nömrəli hazırlığa gətirilmə həddinə çatdıqda zenit-raket bölmələrinə 1 nömrəli hazırlıq elan olunaraq alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.
Döyüş heyətləri tərəfindən zenit-raket bölmələrinin raket ehtiyatının təyin olunmuş normaya çatdırılması üçün buraxıcı qurğulara döyüş raketləri doldurulub.
Quru qoşunlarının hava hücumundan müdafiə bölmələri aşağı və ən aşağı hündürlüklərdə fəaliyyət göstərən düşmənin aşkarlanması, müşahidə və məhv edilməsi üzrə döyüş tapşırıqlarının icrasına davam ediblər.
Ehtiyatda olan zenit-raket bölmələri ümumqoşun birləşmələrinin hava hücumundan müdafiəsini təmin etmək məqsədilə təyin olunmuş start mövqelərinə yerdəyişməni həyata keçiriblər.
Obyektlərin və birləşmələrin hava hücumundan müdafiəsini təmin edərkən qorunan ümumqoşun birliklərinin döyüş fəaliyyətlərindən asılı olaraq zenit-raket qoşunlarının hissə və bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri arasında üç mərhələdən ibarət qarşılıqlı əlaqə yaradılıb.
Birinci mərhələdə düşmənin hava hücum vasitələrinin obyektlərə və qoşun qruplaşmalarına zərbə vurmasının və dərinliklərə doğru uçub keçməsinin qarşısını almaq məqsədilə vahid hava hücumundan müdafiə sistemi qurulub. Bu zaman atışlar üzrə qarşılıqlı əlaqə hədəflərə görə qüvvələrin cəmləşdirilməsi və ya bölüşdürülməsi yolu ilə aparılıb.
İkinci mərhələdə zenit-raket qoşunlarının bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri atəş və məlumat mübadiləsi üzrə qarşılıqlı əlaqə yaradıblar. Atışın aparılması üzrə qarşılıqlı əlaqənin əsas üsulu qüvvələrin sektorlara və hündürlüklərə görə bölüşdürülməsi ilə icra olunub.
Üçüncü mərhələdə zenit-raket və quru qoşunlarının hava hücumundan müdafiə bölmələrinin atəş zonaları bölündüyünə görə onlar arasında məlumat mübadiləsi həyata keçirilib.
Beləliklə də real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılmasını kompleks şəkildə məşq edən bölmələr yüksək peşəkarlıq və ustalıq nümayiş etdiriblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
29 Mart
Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart
Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aks...
29 Mart
Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir...
29 Mart
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb
29 Mart
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
29 Mart
Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik
29 Mart
Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada
29 Mart
Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak ...
29 Mart
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!